Olsa da dünyanın gur bulaqları,Hər kəs vurğun olar öz bulağına.Meylimi salmışam körpəliyimdənİlham bulağına, söz bulağına.

Üstünə nur yağır, şimşəklər çaxır,Hüsnünə qəmzəli gözəllər baxır.Sinəmdən dumduru bir bulaq axır,Vermərəm dünyanın yüz bulağına.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri