Ay-ulduz başın üstəqızıl taca dönərdi,Gecə-gündüz çimərdinurda, Krım tatarı.

Yurdda bayquş uladı,susdurdu bülbülləri,Yağı saldı talanıyurda, Krım tatarı.

Bizi kimlər apardıcənnətdən cəhənnəmə,“Kim qırıldı, kim qaldı”burda, Krım tatarı?

Taleyinə yazılıb“yersiz gəldi, yerli qaç”,Quzuları verdilərqurda, Krım tatarı.

Çatdı öz istəyinəsənə tilov atanlar,Çırpındın balıq kimitorda, Krım tatarı.Dirilər dirigözlütamahlara yem oldu,Ölülər dincəlmədigorda, Krım tatarı.Böyük arzularınıocaqda yandırdılar,Əridin odda, közdə,qorda, Krım tatarı.Min əyilməmişdin,axır ki, sındırdılar,Qatladılar dizinizorda, Krım tatarı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri