Getmisən
Mən uca dağıydım, sən məğrur qaya,Sən mənim sinəmdən qopub getmisən.Yazın yağışıydın, yağdın üstümə,Ruhuma, qanıma hopub getmisən.
Hicrannan ağladıb, həsrətnən sıxıb,Buluddan yeriyib, şimşəkdən çıxıb,Yellərnən dağıdıb, sellərnən yıxıb,Sağımı, solumu çapıb getmisən.
Baxmaq baxışıma, gözümə qaldı,Ümid səbrə qaldı, dözümə qaldı,Yersiz özələnmək özümə qaldı,Özünü özgədə tapıb getmisən.
Min yol oda salıb, oddan çıxardıb,Gedişin dünyanı daddan çıxardıb.Allahı, bəndəni yaddan çıxardıb,Haqqın buyruğunda sapıb getmisən.
Bağrımın başını oyduqca oyub,Eşqimdən bezikib, dünyamdan doyub,Bir könül mülkünü xaraba qoyub,Bir həsrət sarayı yapıb getmisən!
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-getmisen
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ululardan eşitdiyimə, kitablardan oxuduğumagörə, deyirlər Hz. Peyğəmbərimiz Quranı çox ilahi
Əxlaq nuru, din işığıŞübhəsiz, sən böyük bir əxlaq üzərindəsənl(“Nun” və ya “əl-Qələm” surəsi,
Həcərül-əsvədHəcərül-Əsvəd qardan daha bəyaz idi,fəqət müşriklərin günahı onu qaraltdı.
Onu dar ayaqda kim qoruyurdu?(Ya Rəsulum1) Kitabda (Quranda) İbrahimidə yad et (onun hekayətini də ümmətinə söylə).
Başqa şairlərin şeirləri · Hicran
Aşıq Şenlik:*Aşığa rəhmin gəlsin, bir danışıb gülsən yar,
Qürbət məktublarıOradakı Həmşirəmə*Çoxdan oldu almadım,
Xəbər verBadi-səba apar mənim peyğamım,Başın üçün o dildara xəbər ver,
Gözlərim qandur ləbaləb yardan ayrılğalıGözlərim qandur ləbaləb yardan ayrılğalı,Natəvanəm ol gözü timardan ayrılğalı.