Kövrəyəm, dəymə qəlbimə,Sındırarsan, yapammazsan.Mənsiz eşqin Qıratını,Heç bir yana çapammazsan.

Haya gəlməz nə haqq, nə din,Çətin olar işin, çətin.Ömrün boyu xəcalətinƏllərindən qopammazsan.

Hədər vermə bircə anı,Səninkidir ruhu, canı.Ucuz tutma Zəlimxanı,İtirərsən, tapammazsan!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri