Endi yolların üstə,Çən, səni gözləyirəm.Düşdü qara tellərə,Dən, səni gözləyirəm.

Özgə gülü dərmirəm,Yaylıq üstə sərmirəm.Torpağam, göyərmirəm,Dən, səni gözləyirəm.

Qoyma ömür qısala,Toy yerini yas ala.Hamı çatdı vüsala,Mən, səni gözləyirəm!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri