Görə bilmədim
Mən gülü tikansız görmək istədim,Tikanı ziyansız görmək istədim,Görə bilmədim.
Yalanı ayaqsız görmək istədim,Həyatı boyaqsız görmək istədim,Görə bilmədim.
Ürəyi kədərsiz görmək istədim,Sevinci qədərsiz görmək istədim,Görə bilmədim.
Zamanı silahsız görmək istədim,İnsanı günahsız görmək istədim,Görə bilmədim.
Dünyanı azarsız görmək istədim,Torpağı məzarsız görmək istədim,Görə bilmədim.
Həmişə göz yolda, qulaq səsdədir,Bu niyə belədir, niyə, bilmirəm.Mən görə bilmədim istədiyimi,Görən olacaqmı?Deyə bilmirəm!
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-gore-bilmedim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Göyün ətəyindən üzülər əli,Üzünün üstündə gələr damcılar.
SənəBağrıma basıram gecələri mən,Axşamda, səhərdə səni gəzirəm.
Yuxunun əlindən alıb gecəniYuxunun əlindən alıb gecəni,Bir sirdaş olmuşam əriyən şama.
Nə gəl bənövşətək boyun əy, gözəlNə gəl bənövşətək boyun əy, gözəl,Yandırma bağrımı nə lalə kimi.
Başqa şairlərin şeirləri
Hüsnün tamaşadı, ay mina gərdən,Camalın şövqünə ay nişanədi.
Yeriməz salik olan rahi-rizadən qeyriYeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Aran köçüGəldi yayın ortası,Kəsdi dağın laylası.