Nələr çəkib
Saçlarımın ağı bilər,Ürəyimin dağı bilər,Həsrət bilər, ağı bilərYanaq yaşdan nələr çəkib.
Bu dünya bir yanar ocaq,Yanğısı var qucaq-qucaq.Onu Fərhad bilər, ancaqKülüng daşdan nələr çəkib.
Arzu, mətləb qalıb gendə,Fikir, xəyal azıb çəndə.Ağıl uçub, huş gedəndəAyaq başdan nələr çəkib.
Yuxla, ayıl, əlləş, vuruş,Qazanc nədir? Qəpik, quruş.Ötüb-keçən ildən soruşÖmür yaşdan nələr çəkib.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-neler-cekib
← → düymələri ilə keçid, R — təsadüfi şeir