Hayıf, vaxtımız azdı
Həvəsi alov açıb, nəfəsi gül qoxuyan,Bülbüldü, yoxsa insan belə qaynar oxuyan.Bu nə gözəl nəğmədi, bu nə şirin avazdı,Oxumaq istəyirik, hayıf, vaxtımız azdı!
Bu incə döndərmələr, zərif xallar kimindir,Bu müqəddəs arzular, xoş xəyallar kimindir.Könüllərə od vuran kimin çaldığı sazdı,Dinləmək istəyirik, hayıf, vaxtımız azdı!
Güllərin insafı yox, çiçəklərin Allahı,Ayrılıq vaxtı gəlsə bizə çəkdirər ahı.Bu nə sehrli bahar, bu nə ətirli yazdı,Qoxlamaq istəyirik, hayıf, vaxtımız azdı!
Gözəlliyi, gözəli gözümüzdən qoymuruq,Ay Zəlimxan, dünyadan yorulmuruq, doymuruq.Həyat da heç soruşmur kimin işi tarazdı,Yaşamaq istəyirik, hayıf, vaxtımız azdı!
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-hayif-vaxtimiz-azdi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Zülmə məruz qaldıqdan sonra Allah uğrundahicrət edənləri dünyada gözəl bir yerdə sakin edəcəyik.
Mağarada işıq(Ey möminlərl1) Əgər siz ona (Peyğəmbərə) köməketməsəniz, Allah ona kömək göstərmiş olar. Necə ki, kafirlər
Camalında qəm pərdəsiVallahi, ey Məhəmməd ümməti, mənim bildiklərimisizlər də bilsəydiniz, çox ağlar, az gülərdiniz.
Mədinəyə yar gəlib... dayan, ağ dəvə, dayan!Mədinəyə hicrət edəcəyini Həzrəti Cəbrayıl hələmerac gecəsində Peyğəmbərimizə xəbər vermişdi.
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Bir sözüm var hilal qaşlı nazənin,Heç bilmirəm necə deyim sənə mən.
Məndən — səndənNazlı dilbər, nə yaraşır qəddinə,Tirmə məndən, kəmər məndən, bel səndən,
Qəzəl: Gəl ey badi-səba, söylə dilimdən şəm tək yarəGəl ey badi-səba, söylə dilimdən şəm tək yarə,Qıl əfğan, ağla, şərh elə ki bəsdir yandım odlarə
A dağlar“Xudahafiz” deyək, gəl halallaşaq,Daha ayrılıqdı, köçdü, a dağlar.