Həmişə beşikdən gələcək səsi
Alınmaz qalamdı, yıxılmaz dağım,Təmkində, dözümdə, səbirdə şeirim.Üstə şeh çilənmiş gül yarpağıdı,İsmətdə, həyada, abırda şeirim.
Ruhunda yurdumun dağı, dərəsi,Ellər arxasıdı, sellər nərəsi.Həmişə beşikdən gələcək səsi,Heç vaxt yatmayacaq qəbirdə şeirim.
Yerdə də, göydə də qol-qanadı var,Ətri var, rəngi var, sehri, dadı var.Özü bir olanın minbir adı var,Var oldu o Mində, o Birdə şeiriml
2006, avqust
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-hemise-besikden-gelecek-sesi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Vətən
Soraraq yıldıza, Aya,Ararkən gözlərim səni;
Altı yüz ilNəsimini yüz illərin zülmətindən çıxarıb,*ədəbi irsini yaşadan varis hörmətli vətən*
AnaDemirəm göy kimi ucadır adın,Yox, yox alçalmasın söhbətin, sözün.
BəstiGəlməyib bərabərin küllühüm, cahana, Bəsti!Ləblərini bənzətmişəm gülə, ireyhana, Bəsti!