Keçə
Doymaz bu gözlərim eldən, obadan,Min dəfə qəlbimdən el gəlib keçə.Durna qatarına dönə fəsillər,İllərin dalınca il gəlib keçə.
Qayğılar dönsə də saçımda qara,Ey könül, mən hara, yorulmaq hara.Dönəm bu dağlarda sal qayalara,Sinəmin üstündən sel gəlib keçə.
Zəlimxan, hər yana güzarım ola,Öz gülüm, çiçəyim, öz arım ola.Ölsəm dağ döşündə məzarım ola,Gözəllər əlində gül gəlib keçə!
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-kece
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Nə yaxşı
Evdə ruh sıxılıb, can darıxanda,Nə yaxşı çıxmağa səfər var, Allah.
Dərdim – dəmir qapı DərbəndimMənim olan mənim deyil,Sevinc dərdə qənim deyil.
Koroğlunun məzarı“Koroğlu” dastanı – yaddaş sərvəti,Dastanın son sözü, bölümü yoxdu.
Zəlimxan gəlirÇatıram Ərzrum gədiklərinə,Yenə xəyalıma xoş bir an gəlir.