Bircə diləyim var, ey qoca dünya,Qırma bu incədən incə könlümü.Yandır ömür boyu, yandır şam kimiQocaya, cavana, gəncə könlümü.

Durmasa əməlim zirvələrlə tən,Canıma dərd olar saçımdakı dən.Ömür, nə vermisən özün bilərsən,Salma istəyindən gencə könlümü.

Məni Vətən adlı butaya tapşır,Bir tay tapılarmı bu taya, tapşır.Öləndə o taya, bu taya tapşır,Bu Təbriz könlümü, Gəncə könlümü.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən