Mənə sevdiklərim qalar
Ömür yolu – sevgi yolu,Mənə sevdiklərim qalar.Sevgilərlə qəlbim dolu,Mənə sevdiklərim qalar.
Ələnib keçər ələkdən,Təmizlənər un kəpəkdən.Balı süzəllər pətəkdən,Mənə sevdiklərim qalar.
Kimdi ölü, kimdi diri,Kimdi bu ocağın piri.Seçərəm çaqqalı, şiri,Mənə sevdiklərim qalar.
Solar yanaq, çatılar qaş,Düşünməkdən yorular baş.Zaman keçər yavaş-yavaş,Mənə sevdiklərim qalar.
İz var itər, daşda qalmaz,Söz var gedər, huşda qalmaz,Yaddan çıxan başda qalmaz,Mənə sevdiklərim qalar.
Dağım deyil, çənim deyil,Tarlam deyil, dənim deyil,Sevmədiyim mənim deyil,Mənə sevdiklərim qalar.
Yaşıldı, aldı, bilmərəm,Tirmədi, şaldı, bilmərəm.Kimə nə qaldı bilmərəm,Mənə sevdiklərim qalar.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-mene-sevdiklerim-qalar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Məstanə gözlərin xumarlanubdur,Can almaqda gənə xəyalmı var?
OlmuşamMən elə kimsəyəm aşiqə bənzər,Könlüm əhli-haldı, dilim dərdi-sər,
Dərbəndli AğabəyəEy əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.
İşim eşqində fəryad eyləməkdirİşim eşqində fəryad eyləməkdir,Visalın vədəsin yad eyləməkdir.