Yağdır nurunu üstümə,Dan yeri, üzün mübarək.Gecikmə, açıl, ey səhər,Gələn gündüzün mübarək.

İşığını qəlbimə saç,Gözə nur ol, qəlbə əlac.Ey sabahım, gözümü aç,Açılan gözün mübarək.

Çıxaq ömrün səfərinə,Gedək eşqin şəhərinə.Bir şairin dəftərinə,Yazılan sözün mübarək.

2000, 31 avqust

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri