Nə diş bilsin, nə dodaq
Eldən gizli sözüm yox,Özgəsində gözüm yox.Sənsiz canda dözüm yox,Diş də bilsin, dodaq da.
Durub dayanmaq nədir?Sevgini danmaq nədir?Qoy görsün yanmaq nədir,Nur da bilsin, çıraq da.
Arıtək çalışanda,Dadmışam balı şanda.Qoy yanaq alışandaKöz də bilsin, ocaq da.
Gülən üzüm ol mənim,Görən gözüm ol mənim.Doğrum, düzüm ol mənim,Haqq da bilsin, nahaq da.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-ne-dis-bilsin-ne-dodaq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Tuncər söylənci
Çəkib dirrik cızığını,Bir, bölünüb iki yerə,
TiflisinQazılar, sizdə bilin necədir halı Tiflisin,Əkləşüb Sərdar Orbəl cah-cəlalı Tiflisin,
Taprmışam könlümü mən, türreyi-cananda imişTaprmışam könlümü mən, türreyi-cananda imiş,Ah, cəmiyyəti-dil zülfü-pərişanda imiş.
Onun vəfatı tarixiSöylədi tarixiniOna tapan bir ozan