Sən neyi çalanda səcdənə gəldi,Dinlədi quzeylər, güneylər səni.Hər kəsi dünyada bir dərd yandırar,Həmişə yandırıb bu neylər səni.

Eşq ilə yaşadın, nə göz işıqdan,Nə də ki, dizlərin heydən düşübdü.Söylə, qəlbindirmi neyi yandıran,Yoxsa od qəlbinə neydən düşübdü.

1973, 9 may

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri