Ələ düşən deyil bu fürsət, bu dəm,Ürəklə, ilhamla oxu, qardaşım.Qoy mənim ömrümdə toy-nişan olsun,Payıma düşənin çoxu, qardaşım.

Səslə “Gəraylı”nı, səslə “Cəngi”ni,Duyum qoşmaların xoş ahəngini.Yığ bütün dünyanın neçə rəngini,Nəğmələr çələngi toxu, qardaşım.

Zəlimxan oynayar sənin nazınla,Tək dindir qəlbimi telli sazınla.Bizi çox oxlayıb, xoş avazınlaOxla, ürəyindən oxu, qardaşım.

1973, 26 aprel

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri