Ölüm
Bu nə çox baş aparır,deyək baş aparmasın,Onun bu yolsuz yolugərək başa varmasın.O buraya gələndənBir amansız itkiyəürəyimiz yas tutur,Mövlana söhbətiniBir gün eşitməyəndə,Qəlbi, beyni, ürəyipaxır tutur, pas tutur.O, öz yerini bilmir,Xeyir-şərini bilmir.Gərək ona göstərəkbirdəfəlik yerini,Bir də bizdən almasınmürşidlərin pirini.Tez itirək işini,Ataq çöl-biyabanaquzğun yesin leşini.Dinirik dildən vurur,deyirik sözdən vurur,Ağzımızı açmamışdurnanı gözdən vurur.
Dilini dinc saxlamırsözləri çaşbaş vurur,Hər ötənə söz atır,hər yetənə daş vurur.Dərvişin ağlı çaşıb,Allahdan ayrı düşübŞeytanla qucaqlaşıb.Bəyazit Bistaminipeyğəmbərə tay tutur,Nə iş görürsə görsüntutduğunu zay tutur.Mövlana zərif, incə,Başdan-başa düşüncə.O isə tərs, ədabaz,kobud, kəmfürsət, qaba,Bizə elədiklərigəlməz haqqa-hesaba.Könül sultanlarınıgədanın biri saymır,Biz lap canı cəhənnəm,heç baş vəziri saymır.O günü mədrəsədəbizi gülünc elədi,Baş vəzirə söz atdı,sözü qılınc elədi.Qurtarmasaq biz onunhəcvi-hədyan sözündən,Vəzir-vüzəranın dadüşəcəyik gözündən.Səni gözdən salsalar,Dövlət üzünə baxmaz,millət gözünə baxmaz,Şah başını qaldırıbxalqın üzünə baxmaz.Bir gəlmə yabancınınqulaq versək dərsinə,Avand işlərimizidöndərəcək tərsinə.Mövlana o gələndənsusa-susa lal olub,Dünən həqiqət idi,bu gün bir xəyal olub.Bəlkə də sehrləyib,sehrbazdı bu dərviş,Bəlkə də şeyximizə,Özünə bağlamaqçündua yazdı bu dərviş.Əvvəlki Mövlanadanyoxdur əsər-əlamət,Şəmsin ayaq ucundaBükülür yumaq kimio boy-buxun, o qamət.Peyğəmbər olsa ayrı,o ki peyğəmbər deyil,Ürəklərə hökmran,ruhlara rəhbər deyil,Mədrəsə Mövlanasızqərib yetim kimidi,Sınıb ürəklərimiz,Qəlbimizin telləriqırılmış sim kimidi.Nə deyir, nə danışır,nədən yazır bu dərviş,Düşünürmü görəsən,Bizi narazı salıb, öz ömrünə-gününəqəbir qazır bu dərvişÇeşmənin nə gücü varhökm edə çaya qarşı,Damlanın nə gücü vardura dəryaya qarşı.Elmdə nəyi çatmırhəzrəti Mövlananın,Ona verib ruhunu,ona tapşırıb canın.Çayxanada bu söhbət,meyxanada bu söhbət,Evdə, çöldə, bayırda,toyxanada bu söhbət.Dönür çərxin gərdişi,tərsə yazır yazılar,Hər yerdə baş-başadır,Mövlanadan küsənlər,Şəmsdən narazılar.Biri deyir asdıraq,biri deyir kəsdirək,Biri deyir qaçmağa,köçməyə tələsdirək.Kimin əlində qılınc,kimin dilində zəhər,Bu yaramaz işlərəBaxır tamaşaçıtəkKonya kimi bir şəhər.Şəhərin nə günahıburda şəhər neyləsin,Axşam düşən qaranlıq,aydın səhər neyləsin.Qılınc insan əlində,qisas insan əlində,Xəyanətdən biçilmişlibas insan əlində.
...İşini gördü yağı,Zülmətə döndü birdənŞəmsin nurlu otağı.Üz-üzə dayanıblar,Cəllad yeddi, Şəms tək,Hökmünü verdi fələk.
Nifrət, qisas, intiqamşimşək kimi gurladı,Yeddi cəllad əlindəyeddi qılınc parladı.Döndü cəllad başındanŞəmsim aman istədi,Bir-iki saatlığasalamat can istədi.İzin ver, Mövlanamlagedim görüşüm, gəlim,Onun ayaqlarınason dəfə düşüm, gəlim.Mən ölümdən qaçmıram,yazan yazıb yazını,Onunla qılmaq istər,könlüm son namazını.Gecə tamam yarıydı,Onu yandırıb-yaxanÖlümün qorxusu yox,eşqin alovlarıydı.Nə desin, necə desinHəzrəti MövlanayaQəfil gələn ölümündəhşətli xəbərini.Tarix min il yazacaq,Yaddaşlara hökm edənbir gecənin şərini.Mövlana öz ŞəmsininGözlərini qızarmış,rəngini sarı gördü.Onun baxışlarındaSolub gedən Günəşi,Sərt bir soyuq gətirənboranı, qarı gördü.Elə ki, Mövlanamızişdən xəbərdar oldu,Bu gün dünya başınaqəfəsdən də dar oldu.Bağrını yardı — GetməlOna yalvardı — Getməl“Mən yetişdim əhdimə,Mən qovuşdum cəddimə.Eşq yolunda ölməyəAcam, ləliyəm dedi.Mən gələndə başımı,Eşqə qurban demişdim,O başı vermək üçün,Mən getməliyəml — dedi.Mən nə həzrət Osmanam,Nə də Əliyəm - dedi.Onlar da şəhid oldu,Öz eşqinin yolunda,Mən getməliyəml” — dedi.
Yeddi cəllad önündəməğrur dayandı Şəmsim,Böyük bir həqiqətinoduna yandı Şəmsim.Xəyanətin diliyləsözünü yağı dedi,Şəmsim də son sözünüdərvişsayağı dedi:
Mən gedirəm haqq yolunda,Canım eşqə halal olsun.Harda axdı, kim axıtdı,Qanım eşqə halal olsun.
Cəlaləddin cəlalımdı,Həqiqətim, xəyalımdı.
Allah eşqi halalımdı,Canım eşqə halal olsun.Ulular qədər uluyam,Haqqın yorulmaz quluyam.Günəş ilə dopdoluyam,Şanım eşqə halal olsun.
Sakitliyi, aramı yox,Mövlanasız bayramı yox.Halalı var, haramı yox,Canım eşqə halal olsun.
Kandan məkana doğrudu,Candan bir cana doğrudu.Şəhidlik qana doğrudu,Qanım eşqə halal olsun.
Vurun dedi boynumulSiz hardan biləsiznəçiyəm, kiməm dedi,Sizə təslim olmuram,eşqə təsliməm dedi.Qəfil endi qılınclarzərbə dalbadal oldu,Bircə anın içində,Ən böyük bir həqiqətçevrildi xəyal oldu.Allahın kitabından“Şəms” adlanan surəniŞəms oxuya-oxuya,Allahına qovuşdu,Yetdi əbədiyyətə,daldı şirin yuxuya.Təbrizdə doğan GünəşKonyada batdı getdi,Ən uca, ən müqəddəsməqsədə çatdı getdi.Ey Şəmsim, ey ŞəmsəddinimlAllaha layiq bəndəsən,Haqqı uzaqda gəzmədin,aradın daim səndə sən.Ruhun elə havalandı,qəlbin elə qanadlandı,Sığışmadın bir mahala,bir şəhərə, bir kəndə sən.Çox özündən razılarınvaxtında verdin dərsini,Çox kəməndə gəlməzlərisaldın eşqinlə bəndə sən.Neçə nəsli bizdən əvvəlsənə Mövlanamız dedi:Şəmsim, harda olursan ol,mən səndəyəm, sən məndəsən.Eşqin min ili haqladı,yeri-göyü qucaqladı,Sevgi adlı bir dünyada,könül adlı vətəndəsən.
Ey Şəmsim, ey ŞəmsəddinimlÇox əllərlə çox bostanlar daşlanıb.Daş dəyənin yaraları göynəyib,Daş atanlar əməlindən xoxlanıb.Heç görmədim boş ağacı daşlayan,Daşlar ancaq bar verənə tuşlanıb.Cahil olan kotan çəkib ömrünə,Arif olan torpaq kimi xışlanıb.Yer üzündə qan axıtmaq söhbəti,Bu dünyanın Habilindən,Qabilindən başlanıb.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-olum-2
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir gözəldə min gözəllik cəmlənib,Duruşu da, ədası da gözəldi.
Səni sevmək üçün gəldim dünyayaÇöldə çiçək oldum, çəməndə naxış,Şimşəkdə od oldum, buludda yağış.
Sevərmişİnsan oğlu vurulanda dünyaya,Yeri-göyü, dağı-daşı sevərmiş.
Dəli olmağıma bir addım qalıbBilmirəm heç nəyi, lələ, bilmirəm,Mən kiməm, nəçiyəm, hələ bilmirəm.
Başqa şairlərin şeirləri
Şanənin qəsdi nədir çəkməz əlin birçəkdən,Mən kimi aşiq olub zülfə məgər görcəkdən
Pəltək adamın dilindənŞə-şə-şə şəha cəmalın kə-kə-kə kəmal olubdur,Lə-lə-lə ləbin şərabı zu-zu-zu zülal olubdur
QəzəllərNizami GəncəviDiləyirdim mənə sən bir gecəlik yar olasan!
زان زرد شد از داغ و درد رویمزیرا که بوصل تو نیست رویم