Ölüm sahillərə yan almaqdadı
Heyifdir bu ömür, heyifdir bu gün,Kül kimi sovurub küləyə vermə.Bir göz qırpımından tez keçir illər,Onu küyə vermə, kələyə vermə.
Doğan günəşi var, yanan şamı var,İçməyə həmişə şirin camı var.Gör Haqqın nə qədər xoş kəlamı var,Dili şikayətə, gileyə vermə.
Səndən ətir umur, çiçək istəyir,Həqiqət gözləyir, gerçək istəyir.Sevgi zor istəmir, ürək istəyir,Gücü ürəyə ver, biləyə vermə.
Ölüm sahillərə yan almaqdadı,Qan töküb, qan salıb, qan almaqdadı.Fələk addımbaşı can almaqdadı,Canı tez-tələsik fələyə vermə.
2004, 18 fevral Kislovodsk
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-olum-sahillere-yan-almaqdadi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ömrümüzdə güllü fəsil başlanır,Gözlərimiz gözəl yaza baxanda.
Can üstündəGördüm bir əl uzandı zülmətdən mənə doğru,Qapımı döydülər ki, ömrün başa yetişdi.
Savaş gedirYaşayırıq ağrıları,Dərdlə dərman arasında.
Dözmürəm bu dağın yıxılmağınaBu dağ özülündən aşmamalıydı,Bu dağ öz fikrində çaşmamalıydı.
Başqa şairlərin şeirləri · İlahi eşq
Nigara, zülfi-şəbrəngin ki, əyyamın siyah eylər,Mənim ol ömrümü badə verüb, hər dəm təbah eylər.
Ayrı salmasınBaşına döndüyüm alagöz Pəri,Tanrı səni məndən ayrı salmasın.
Daş sizə qəmbər bizəQarğıyıb zalım fələk istər sizə, istər bizə,Çox dəyib mitinq zamanı daş sizə, qəmbər bizə.
NövhəYenə fitnə alıb meydan,Müftinlər sürür dövran.