Ömür cavandırsa dünya şirindi,Çiçəkdə həmişə təravət olur.Günəşdən od alır gülüşlərimizSevib-sevilirik məhəbbət olur.

Olsa da dünyanın yüz gözəlliyi,Gözəldir hər şeyin öz gözəlliyi.Ötərgi nemətdir üz gözəlliyi,Könül gözəlliyi qiyamət olur.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri