Qara saçım gümüşlədi,Sazımın telləri kimi.Gələn günlər qəm gətirərPayızın yelləri kimi.

Gözümdən bulaq tökülər,Gözümə torpaq tökülər.Üstümdən yarpaq tökülərÖmrümün illəri kimi.

Ölümüm gəlmir eynimə,Payızı geydim əynimə.Yarpaqlar qonur çiyniməAnamın əlləri kimi.

Dərd olub neyə, çəkilləm,Hopub hər şeyə, çəkilləm.Nur olub göyə çəkilləm,Göyün qəndilləri kimi.

2001, 2 yanvar

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar