İnşallah, bitər dedikbu ağrılar, acılar.Nə amanlar, nə ahlar,bitmədi ki, bitmədi.Nə dərdi yoxa çıxdı,nə namərdi tükəndi,Bağışlanmaz günahlarbitmədi ki, bitmədi.

Ömrü üzdü, çürütdü,gözdən axan yaş yedi,Gül kimi bədənləritorpaq yedi, daş yedi.Milləti müharibə,insanı savaş yedi,Bu yırtıcı tamahlarbitmədi ki, bitmədi.

Qol açdıq, əl uzatdıqneçə ulu dərgaha,Tapammadıq məlhəmi,dərd ucuz, dərman baha.Nahaq ümid bağladıqümidsiz bir sabaha,Ömür bitdi, sabahlarbitmədi ki, bitmədi.

2001, 20 yanvar Altıağac

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri