Qocatəpə camesində
Könüllər titrədən nəğmələr oxu,Naxışlar tacından xalılar toxu.Gecələr gözünə getməsin yuxu,Dünyanın ən gözəl əsərini yaz –Bu heyrət önündə yenə azdır, az!
Dilindən dünyaya zər səpələ, zər,Sözlərin bal olsun, söhbətin şəkər,İsit yer üzünü bir Günəş qədər,Odlu nəfəsinlə ərisin ayaz,Bu sərvət önündə yenə azdır, az!
Bu nə yaratmaqdı, bu nə naxışdı?Bu nə tamaşadı, bu nə baxışdı?Bilmirəm payızdı, bahardı, qışdı,Min il çiçək verə, gül bitirə yaz,Bu hikmət önündə yenə azdır, az!
Ömrü haqq yolunda əridən şam ol,Tanrı ucalıqda duran rəssam ol,Çək bu dənizləri bəyazdan bəyaz,Bu sənət önündə yenə azdır, az!
Dağların gurlayan selinə dönsəm,Bütün çalğıların telinə dönsəm,Ötən bülbüllərin dilinə dönsəm,Dünyanı mat qoysa ötdüyüm avaz,Bu qüdrət önündə yenə azdır, az!
Duyğum dənizlənə, eşqim çaylana,Dağ olam, sinəmdə ellər yaylana.Ömrüm ömürlərə nurtək paylana,Verəm hər ocaqda bir nəzir-niyaz,Bu qismət önündə yenə azdır, az!
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-qocatepe-camesinde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Könül məclisində sən görünəndə,Söz meydən süzülər, məzədən gələr.
Sevgi adlı şaha QurbanMən insanam – Allah mənim,Adəm mənim, Nuh mənimdi.
Gəlmişəm mən sənin ziyarətinəUdduğum havaynan, içdiyim suynan,Dəli bir ümidnən, şirin arzuynan,
Mənə “xoşgəldin” de, “əlvida” deməElə ki, taleyin üzünə güldü,Daha dad qılmasın göz ayrılıqdan.
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Mən fələyin şərbətini içmişəm,Həmdəm olan, gəl halımı gör nədir,
Götür saqi, meyi-gülfami, doldur cami-zərrinəGötür saqi, meyi-gülfami, doldur cami-zərrinə,Əlimdən dut, amandur, qərq oldum qüssə bəhrinə.
BülbülMəftuni-şükufəzar bülbül,Xanəndeyi-xüldzar bülbül,
GedəcəkÇətini biz ölüncədi,Gedəcək, hamı gedəcək,