Quşlar
Çör-çöpdən özünə dünya yaradıb,Necə mehribandı yuvada quşlar.Göylərin əbədi sakini kimi,Necə havalandı havada quşlar.
Atası, anası təbiət olar,Nəğməyə çevrilər, məhəbbət olar.Yerlə də, göylə də həmsöhbət olar,Çiçəkdə, budaqda, qayada quşlar.
Ölüm amansızdı, nə deyim ona,Bir gün yetişəcək ömrümüz sona.Gəlib məzarımın üstünə qona,Hərdənbir şairi oyada quşlar.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-quslar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Ölüm
Çevril bir bəri bax, ey yari vəfadar getməQoyub hicrində məni böylə giriftar getmə.
Son misralarıArizi qəmlər əlindən ürəyim şişmiş idi,Zənn edirdim edəcəkdir ona çarə ciyərim,
GəlinGecə-gündüz istəyirəm mən səni,Hamı dünyanın malınca gəlin.
Nə deyimQadir Allah, sənsən mənim pənahım,Qanlı leşkər hücum etsə, nə deyim?