Şahmət xoca
Qarsın tanınmış xocası, Fövzi paşa okul müdirihörmətli Şahmət Bilgirə ulu sevgilərlə
Dərədə selə döndüm, dağda yel kimi əsdim,Min görüşdən yan keçib, bir görüşə tələsdim.İlk dəfə duz-çörəyi sənin evində kəsdim,Halal loxma canıma nuş oldu, Şahmət xoca!
Tarixi söhbətlərin şirin oldu bal kimi,Səni sevdim ürəkdən el kimi, mahal kimi.Qulluğumda dayandın əsil ağsaqqal kimi,Duyğularım havalı quş oldu, Şahmət xoca!
Hey baxdım, pozulmadı gözəlliyin sırası,Gördüyüm hər qarış yer gözlərimin qarası.Qoşa gəzdik, dolandıq Qars – İstanbul arası,Sənlə keçən günlərim xoş oldu, Şahmət xoca!
Qars ilə oyanırdım, Konya ilə yatırdım,Ən şirin arzuların xoş ətrinə batırdım.Bu torpaqla görüşə lap çoxdan can atırdım,Yaxşı ki, ömrüm sənə tuş oldu, Şahmət xoca!
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-sahmet-xoca
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
IHüseyn Ariflə, ustadımızla,
Iı səni məndən soruşurlar, ay qağaXatirələr dindirəndi, dinəndi,Hər nə varsa, xatirəyə dönəndi.
Ədaləti dinlədimKim keçərdi o keçdiyi yolları?Kim aşardı o aşdığı yalları?
Məmməd Araz varAdını soruşub, hardadır demə,Yurdun hər dağında Məmməd Araz var.
Başqa şairlərin şeirləri · Eşq
Ey könül, sənə həmdəm, bir qaməti ərər gərək,Qaş qara, kiprik qara, ruxsarı da əhmər gərək.
Yoxdur aləmdə o şuxi-məhi-tabanə əvəzYoxdur aləmdə o şuxi-məhi-tabanə əvəz,Səri-kuyidir onun rovzeyi-rizvana əvəz.
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamazBir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?
Gəraylı: Aşiqlik peşəsin qıldımAşiqlik peşəsin qıldım,Namusdan, ardan ayrıldım,