Ruhun deyir oğulsansa,qoyma onu laxlamağa,Səndən sonra hünər gərəkbu dövləti saxlamağa.Hər birimiz millət üçünbir əsgərə dönməliyik,Səndən sonra sənsizləşməkqorxusunu yenməliyik.

Səndən bizə qalan dövlətən müqəddəs əmanətdilƏmanətə xəyanət yox,əgər varsa, fəlakətdilYandırmısan çırağını,Qorumusan torpağını,Qaldırmısan bayrağını, —Dövlət üçünbu ən böyük kişilikdi,bu ən böyük cəsarətdi,Cəsarətə kölgə salmaqalçaqlıqdı, xəyanətdi.Səndən bizə qalan yollarhünər yolu, qeyrət yolu,Narahat bir ömür yolu,fasiləsiz zəhmət yolu.

Cığırlardan bərk yapışıbbiz o yolu getməliyik,Biz o yolla millət, vətən sevgisiyləqəlbidolu getməliyik.Addımları şax atmasaq,ruhun bizi bağışlamaz,Canda təpər, qanda qeyrət,baxışda nur getməliyik,Biz o yolu cəsur, mətin,qalib, məğrur getməliyik,Səndən sonra yaratdığıno məktəbi keçməliyik,O əxlaqı, tərbiyəni,o ədəbi keçməliyik.Kim oldusa o məktəbinşagirdi, ya tələbəsi,Bu, ən böyük uğurudu,Bu, ən böyğk qələbəsi.O biləcək Vətən nədir,millət nədir,O biləcək bu millətəxidmət nədir.O biləcək siyasətinatişləməz yollarını,O biləcək kimə açır,nəyə açır qollarını.Ağıl nədir, idrak nədir,təfəkkür nə, beyin nədir,O biləcək danışandayavaş nədir, yeyin nədir,O biləcək siyasətdəşahmat adlı oyun nədir.Ulu atalUlu öndərlDaha bəsdir, dincəl bir azlHara gəldi məni buyur,məni çağır,məni göndərlBu milləti silkələdin,yatanlara “Ayı!” dedin.“Səsin gəlsin,Millətlərin arasındaSeçi!” dedin,“Sayı!” dedin.Sən Vətənin özü qədərmüqəddəssən,Dilimizdə odlu nəğmə,qəlbimizdə nurlu səssən.Vətən üçün çox vuruşdun,çox əlləşdin,Vuruşduqca mətinləşdin,işlədikcə heykəlləşdin.Sənin daha borcun yoxdurbu millətə,Şükür səni bizə verəntəbiətə.Bizim sənə borcumuz var,verməliyik,Basdırdığın ağaclarınmeyvəsini dərməliyik,Sənə sarı tufan gəlsə,sinəmizi gərməliyik,Vəzifəmiz bu dövlətiacı sözdən,yaman gözdən,köntöy üzdən,yad baxışdan,bəd naxışdanqorumaqdı.Haqq ocağı sönə bilməz,Odum haqdı, qorum haqdı.Səndən sonradinimizi dinlər yesə,İçimizi kinlər yesə,dilimizi dillər yesə,Dağımızı sellər yesə,Yanımızdan perik düşər,ruhun bizi bağışlamaz,Dərindən bir ah çəkərsən,ahın bizi bağışlamaz.Ulu ustad, ulu öndər,İlhamından lap rahat o!O bir oğul — planetdi,sən bir ata — kainat o!Ona necə inanırdın,biz də elə inanırıq,Bu torpaqda təzə açanqızılgülə inanırıq.Həm kövrək, həm sərtdi,Həm məğrur, həm mərddi,Əllərini kim sıxarsa,təşəkkürlər,Arxasından kim qaçarsa,o, namərddi!Tək oğultək baxma ona,Bu gün onun yer üzündəəlli milyon dayağı var,Kürsülərdə ali sözü,BMT-də bayrağı var.Böyüklüyü, şəxsiyyətisəninkidir,Dar ayaqda qətiyyətisəninkidir.Hələ çətin enişlər var,yoxuşlar var,Hələ neçə tərəddüdlübaxışlar var.Adamlar var,ürəyində şeytan gəzir,Buynuzlar var,oynamağa meydan gəzir,Fürsət gəzirqarınları deşmək üçün,Yer axtarırhavalanıb şişmək üçün.Cələ kəsəncələlər var,Hələ neçə təxribatlar,tələlər var,Ev yıxmağa hərislər var,xəstələr var,Saman altdan su yeridənustalar var.Pişiklər var,fürsət gəzir şirləşməyə,Canavarlar məqam gəzirbirləşməyə,Dəstələr var, qurumlar var,Qurumların yaratdığıyarğanlar, uçurumlar var.Orda-burda didişənlər, deyişənlər,Gündə yüz yol sifətini dəyişənlər,Xislətini, xilqətini dəyişənlər,Hamımıza yaxşı tanış,yaxşı bəlli,Belə gündə xalqın gücü,elin gücü,Tək arxadı, tək təsəlli.Oxunmağa Quranımız,tapınmağa dinimiz var,Süfrəmizdə çörəyimiz,tarlamızda dənimiz var.Tanıyırıq yolumuzu,qibləmiz var, yönümüz var,Qulaqlara aydın çatansəsimiz var, ünümüz var.Üfürməklə sönüb keçənşam deyilik,Siyasətin məktəbindəxam deyilik.Sünbülümüz dənsiz deyil,yollarımız yönsüz deyil,Oğullara arxa duranbir oğul var,Səndən sonra bu məmləkətSəninlədir, Sənsiz deyil!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri