Qala da görmüşdüm, qartal da, qar da,Şəhər görməmişdim dağ zirvəsində.Ömür gödələrmi belə diyarda,Yaşıl bir aləm var ağ zirvəsində.

Bulud kürəyindən, çay ətəyindən,Sellər sinəsindən axır şəhərin.Seçir yerişindən dostu-düşməni,Gözü uzaqlara baxır şəhərin.

Bir də görürsən ki, kişnədi göylər,Körpə cığırları dolu bağladı.Yenə əsir aldı təbiət səni,Qayalar yıxıldı, yolu bağladı.

Çal-çağır başlayar bulaqlar üstə,“Ərim gəldi” deyər əri gələnlər.Qoynuna gedəndə quşa dönsə də,Çox çətin ayrılar bəri gələnlər.

Hər kəs çiçəyindən, gülündən dərib,Özünü bu yerdə saymamış qərib.Dostun ürəyini dağa döndərib,Düşmən sinəsinə dağ olan Şuşa!

Səbri, dözümüdür bu daş, bu qaya,Saymazı ömründə almamış saya.Ata qeyrətiylə gəlib dünyaya,Ana ismətindən doğulan Şuşa!1975, 12 iyun

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri

İki aşığın deyişməsi

Qoca aşıq**Cavan aşıq bir qulaq ver amandır,

Səməd Mənsur2 dəq
Bir gün gələcək

Orda Orta Zamanın vəhşətindən yadigar,Qaranlıqlar içində qurulmuş bir “Cənnət” var.

Almas İldırım5 dəq
İranlılar

Şurə gəlib şad olun, iranlılar!Qüssədən azad olun, iranlılar!

Bayraməli Abbaszadə1 dəq
Həqqül-yəqin, fəsil 3

چون محقق شد که ادراک هستی جزوی کل هستی​ها را ضروری است بباید دانست که وقت​ها ادراک هستی کلی مظهر و آئینه ادراک جزوی بود و این مقام معرفت است. نص: اولم یکف بربک و اللّه نور السماوات و الارض و من عرف نفسه فقد عرف ربه مبین این مقام است. و گاه عکس این بود که مقام علم است.و آیات: سنریهم آیاتنا فی الآفاق و فی انفسکم افلا تنصرون مبین این مقام است. بلکه بیشتر آیات تنزیل و اخبار و آثار در این قسم وارد است، از آنکه به افهام اقرب است و مستلزم ادراک ادراک است، که حکمت بعثت رسل و انبیا است. آنچنان که بیان کرده شود. انما انت مذکر، کلا انها تذکرة.حقیقت- نفس ادراک فطری یعنی معرفت بسیط قابل تفکر نیست، که تحصیل حاصل محال است، بلکه تفکر حجاب آن می​گردد و از این جهت فرمود: لاتتفکروا فی ذات اللّه، بلکه محل تفکر ادراک ادراک است بواسطۀ آیات و بدین سبب تفکر را به آیات حواله فرمود که: و یتفکرون فی خلق السماوات و الارض. قل انظروا ماذا فی السماوات و الارض.

Şeyx Mahmud ŞəbüstəriMəsnəvi15 dəq