Təbiətin qoynunda
Dan sökülür, gül açılır, şeh düşür,Acı sözdən, bəd sifətdən xəbərsiz.Qartal süzür qayaların qaşında,Köləlikdən, əsarətdən xəbərsiz.
Bir daş olam, dönəm burda kaş daşa,Arxa durur, dayaq olur daş daşa.Min illərdi dağlar verib baş-başa,Xəbislikdən, xəyanətdən xəbərsiz.
Könül sevir, göz oxşayır, can təpir,Yaddaşlara möhür vurur iz, ləpir.Ulu göylər yer üzünə nur səpir,Yer üzündə cinayətdən xəbərsiz.
İnsan bilir çətin nədir, zor nədir,Diri-diri yaşadığın gor nədir.Gül nə bilsin hiylə nədir, tor nədir,Ətir saçır siyasətdən xəbərsiz.
İnsan oğlu zilin, bəmin içində,Gah sevincin, gah da qəmin içində.Ömür sürüb cəhənnəmin içində,Kim olubsa, bu cənnətdən xəbərsiz.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-tebietin-qoynunda
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Onun gəlişindənqabağa düşdü
XəlvətBu bizim İbrahimə öz tayfasına qarşıverdiyimiz dəlildir. Biz istədiyimiz kimsəni
Nur dağının Məhəmmədə salamıEşidilən səsə,yetişən ünə,
Peyğəmbərə uca vəhyi, şairə ilham verdilər(Ya Peyğəmlərl) Həqiqətən, Biz sənəKövsər (Cənnətdəki Kövsər irmağını və ya
Başqa şairlərin şeirləri
Getdi ol dilbər, bəsi dərdü bəla qaldı mənə ,Nə bəla, bil kim, yüküş cövrü cəfa qaldı mənə .
Dərdi-eşqin dilbəra, bir dərdi-bidərmanmışDərdi-eşqin dilbəra, bir dərdi-bidərmanmış,Müddəti-hicrin sənin bihəddü bipayanmış.
Yan İndiKönül düşdün bir gözlünün odınaÇək cəza kədər həşrədək yan indi
Gəraylı: Bir qiya baxışlı yardanBir qiya baxışlı yardanCüda olmaq nə mümkündür,