Xəstəxanada yatan bacının qardaşa giley məktubu
Sənə məktub yazıram, gözümün nuru qardaş,Mənim ata yurdumun ocağı, qoru qardaş.Sən iman yerimizsən, son güman yerimizsən,Odu sönməyə qoyma, ocağı qoru, qardaş!Sənə məktub yazıram dörd divar arasından,Hər kəlməyə qan sızır qəlbimin yarasından.Hər cümlənin nöqtəsi ürəyimin qanıdı,Əl üzüb bu həyatdan ayrılmaq nişanıdı.Dərdi mürəkkəblə yox, göz yaşımla yazıram.Gözümdəki bu yaşlar,Qəlbimdəki təlaşlar,Ruhunu tərpətməsə,Məktubu lap qanla da yazmaq üçün hazıram!Bəlkə qanı görəndə qanın bir az çalxana,Mənim xəstə halıma,Bir az ruhun tərpənə, bir az ürəyin yana!Nə əcəldən qorxuram, nə dərmandan, iynədən,Sənin soyuqluğundu məni belə göynədən!Tikan batsa əlinə,Elə billəm ox olub sancılır ürəyimə.Daş dəysə ayağına,Elə billəm dağ uçub, daş düşüb kürəyimə.Başın ağrıyan zaman,Mənə gəlsin demişəm,Səndə olan ağrılar, səndə olan acılar.Qardaş ağrıyan zaman,Dərdini yana-yana belə deyib bacılar:
Əzizinəm, ay qardaş,Qaş-kirpiyi yay qardaş.
Ölsə, bacılar ölsün,Heç deməsin vay, qardaş.
Yanımda xəstələr var,Yanına qardaş gəlir, yanına bacı gəlir,Evinin yaraşığı, başının tacı gəlir.Bəs sən harda qalmısan, görünmürsən bir aydı?Qardaş adı dilimi yandıran bir haraydı!Ağsaqqaldan ar edib, böyükdən utanardın,Qohumunu, dostunu,Vaxtında xatırlayıb, vədəsində anardın.Niyə kəsdin aranı, qəlbini buz eylədin!O bahalı başını niyə ucuz eylədin?Axı, səni duz kimi yalamaq istəyirəm,Qollarımı boynuna dolamaq istəyirəm.Qapı açılan zaman qəlbim qopur yerindən,Görürəm sən deyilsən, köks ötürrəm dərindən.Bəlkə gəlmək çətindi, yollarını qar basıb?Bəlkə dəniz qabarıb, yeri dalğalar basıb?Çöküb qatı qaranlıq, hər yanı kəsib duman?Bəlkə körpülər uçub, keçməyə yoxdur güman?Yersizdi bu suallar – nə qar var, nə boran var,Hər şey öz qaydasında – yenə dağ var, aran var.Dünya dolu sevgidi, dünya dolu məhəbbət,Təkcə mənəm yataqda qardaş üzünə həsrət!Yandırram yeri, göyü, yandırram bu həyatı,Sənə təsir etməsə söylədiyim bayatı:
Əzizinəm, qar daşı,Qarlı dağdan qar daşı.Xəstə könlü nar istər,Mənim könlüm qardaşı.
Kəsdirsə də üstümü, dərdə aman vermərəm,Özün gəlib çıxmasan, ölümə can vermərəm!
Əgər gəlib çıxmasan son nəfəsdə, son anda,Elə nalə çəkərəm,Heç onu bilməz nə Məcnun, nə də Kərəm!Bu naləni eşidib sən gəlməsən üstümə,Bələnər uca göylər dumanıma, tüstümə!Harda köçüm əyləşər, harda qəbrim qazılar,Sənə dağ çəkmək üçün,Bu dediyim kəlmələr,Mənim vəsiyyətimtək başdaşıma yazılar:
Bir at mindim, başı yox,Bir çay keçdim, daşı yox.Burda bir bacı yatır,Qohumu, qardaşı yox!
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-xestexanada-yatan-bacinin-qardasa-giley-mektubu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Eşitmişdik, qulluğuna yetişdik,Gördük ki,düşübsən dildən-dilə sən.
Məqamatül-arifin, 10قسم احوال بعد ازین باشدهر که دانست مرد دین باشد
OluramUzaq yoldan gələn yarım,Yoluna qurban oluram,
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.