Jurnalist dostuma

Dostum, nə kağız, nə qələm götür,Nə də bir dəftərin qırağına yaz.Mənim bu yamyaşıl duyğularımı,Yaşıl bir ağacın yarpağına yaz.

Yansın yarpaq üstə fikrim zər kimi,Yağsın duyğularım ətirlər kimi,Ayaq izlərimi sətirlər kimi,Bu yurdun bir ovuc torpağına yaz.

Ayağa salmasın ötən eşqimi,Ruhumda göyərib bitən eşqimi,Mənim el sevgimi, Vətən eşqimi,Vətənin ucalan bayrağına yaz.

Nökəri özüməm, eşqin şah olsa,Ölmərəm, sevgimdən el agah olsa.Bu müqəddəs işdə bir günah olsa,Zəlimxan Yaqubun ayağına yaz.

2002, 29 iyul

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq