Yenə qoynundayam, ay ana kəndim,Bağçanın açılan gülü bil məni.Üşüyən əlini qızdırammasam,Ocağın qaralan külü bil məni.

Qoynunu sehrli cənnət sanmışam,Közlə ərimişəm, şamla yanmışam.Elə yumşalmışam, rahatlanmışam,Çəmənin məxməri, tülü bil məni.

Bir damla suyunu arxa çevirdim,Xalq oldum, üzümü xalqa çevirdim.Nə zaman mən sənə arxa çevirdim,Onda diri sayma, ölü bil məni.

2000, 6 dekabr

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar