Nəvəm babasından şeir istədi,Onu ən müqəddəs bir anda yazdım.Ulu bir şəhərdə ellər-obalar,Sabah namazına duranda yazdım.

Bir zərrə, bir qətrə, Kainat – nəvə,Babalar könlündə bu həyat – nəvə.Gələn sabahlara qol-qanad nəvə,Mən bu duyğulara varanda yazdım.

Saçan işıq oldu, açan gül oldu,Nəvə şahlığına canım qul oldu.Bu şeirin vətəni İstanbul oldu,Turanın şeirini Turanda yazdım.

2002, 15 iyun

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən