Bəs mənim balam hanı?
Biz, bir küçədə,Bir gecədəDeyirlər doğulduq.Anam da söyləyərdi,Fərqimiz olmadı,Elə bir olduq.Qaşımız bir:qara.Saçımız bir,qara.Gözümüz, üzümüzqara.Şirin demirlərmiel arasındaQara uşaqlara?Qaralığın nə dərdi?Bütün dünyabizim kimigünü ağ,damağı çağ,qara olmaq istərdi.Qaralığın nə dərdi?Gələn kimi biz cahanaAnamızın sözü-soyu,Fərəhindən dağlar boydaOlan boyuSığışmadıYerə,Göyə,Asimana!Qara gözlü,şirin sözlü,bir ay üzlü,dünənki qız,Oldu ana, bir oğlana.
Bilmədi ki, qurtarmayıbÖmür adlıYel qanadlı bir mənzilinAğır, amma,Şəkər dolu yükündən o.Yalnız onu anladı ki,Gen sinəsi yana-yanaBir oğlana, oldu ana bu gündən, o!Günü oldu günəşli, ağ,İməklədi, qalxdı, qaçdı,hələ uşaqDil də açdı.Günü oldu kömür kimiBala düşdü yatağa.İstisi var,Yatmır, yemir, ana demir,Nə olmuşdur bəs uşağa?Belə keçdi yüz günününTam əllisi!Bircə övlad məhəbbətiOldu onun təsəllisi!Neçə dəfə dondu sular,Neçə dəfə selə döndü.Neçə dəfə uçdu quşlar,Neçə dəfə elə döndü.Bir gün anaÖz oğlunaşalvar biçdi,Köynək biçdi.Gözlərinin işığına,Gözlərində eynək biçdi...... Sonra təhsil, dərs,
Sizdən nə gizlətməkMin cürə həvəs:Eşq, məhəbbət...Bunlardan gözəl nə var?
Bir küçədə,Bir gecədə,Doğulan uşaqlar,Çatdılar boya-başa.Ancaq səhərlərİşə gedəndə rast gəldiYoldaş-yoldaşa.Bircə analar qaldı eləcəNə səhər, nə gecə.Nə yolları dəyişmədi,Nə də özləri!Bir az işıqdan düşdüQara gözləri,Düzü, bir az daAğardı birçəkləriOğul yolunda,bala yolundaİyirmi ildən bəriBir küçədə,Bir gecədə,Dünyaya bir gəldiyimiz,Boy atıb dirçəldiyimiz,Dostumu gördüm bir səhər.Boylu-buxunlu yoldaşımDedi: – yetər,Bitir iyirmi beş yaşım.Yığ uşaqları bu axşamGəl bizə,Dostlar yığışacaqEvimizə.Bir də... ad almışam,Alimlik adı...Onun inadı,Sındırdı mənim öz inadımı.Axı, həmin gün anam da qoymuşduMənim adımı.Getdim!
Stollar baş-başa,Dostlar yan-yana.Dolur, – boşalırÇaxır, araq,Hesabsız qonaq,Baldan şirin tostlarSöyləyir dostlar:Yoldaşlıq,qardaşlıq,sədaqət,məhəbbət,Tökülür araya nə ki, var,Rəqs edir hərlənir adamlar.Stollar baş-başa,Dostlar yan-yana...Gözümə dəyməyirAdamlar içində bir nəfər,Bir ana;Dostumdan soruşdum:– Hardadır qarı?Dedi: Soruşma, bəzəməzBükük belilə,Əsən əlilə,O, buraları...Gözü də kordur,Seçə bilməyirQaranı ağdan.Utanaram mən.O görkəmiləÇıxsa otaqdan...
Qalxdım,Dostuma baxdım, baxdım,Götürdüm bəxşiş gətirdiyimÇiçək dəstəsini,
Dinləmədim onun evindəElin şikəstəsini:“Mən aşiq bağa döndü,Tum səpdim bağa döndü,Balam dalımca gəldi,Ürəyim dağa döndü”Düşdüm, gedirəm deyəBirinci mərtəbəyə.Ananın qapısındaDayandım.Keçənləri ötəri andımGirdim içəri.Kimi gözləyirmişBayaqdan bəri?Ana, tez səsəAyağa qalxdı.Nursuz gözləriləElə bilüzümə baxdı,Amma, yazıq ki, seçə bilmədi,Oğul keçsə də oğulluğundan,Ana analığındankeçə bilmədi!Dedi: – Ay oğul, boyuna qurbanHardasan bəs?..Mən də bayaqdanDüşünürəm ki, dalımca gəlməzMəni anaBağrına basdı,Ürəyimin vurmasınaSanki qulaq da asdı.Nursuz gözləriniAyırmadı gözlərimdən,O ağbirçək, əyilərəkQucaqladı dizlərimdən,
Öz balası,öz doğmasıBildi məni bu kor qadın.Belə olur öz anasıHər övladın!Dedi: – Oğul, gözləyirəmApar məni o şənliyə,Anam deyə...Görməsə də nursuz gözüm,Barı gülsün bircə üzümMən bilmədim gələcəksənDalımca sən.Oğul, görüm.Zaval, qada görməyəsən...
...Əlimdə bir gül dəstəsi,Qulağımda dostumgildən gələnBir el şikəstəsi:“Balam dalımca gəldi,Ürəyim dağa döndü”Söyləmədən bir söz belə.Çıxdım çölə!Qoydum evdə ana üçünÇiçəkləri,döndüm geri!
Kitabxana.az · https://kitabxana.az/works/zeynal-cabbarzade-bes-menim-balam-hani
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Ala gözlü nazlı yardanMən dönərəm, könül dönməz,
XoruzYatardıq ağacda şad, bipərva,Nə gəldi düşdük bəlaya, xoruz
Başına döndüyümUzun illər arzusun çəkdiyim,Getmə, bəri gəl, başına döndüyüm,
Təcnis: Badi-səhər bir gözələ tuş oldumBadi-səhər bir gözələ tuş oldumOndan mənə dəydi aya sərandı