Oğlan:Gedin deyin nazlı yara,Günümü etməsin qara,Bir gün yoldur burdan ora,Gəldim dolana-dolana.

Qız:Eşqim edib naçar məni,Şirin sözü açar məni,Birdən qoyub qaçar məni,Deyin oğlana-oğlana.

Oğlan:Necə gəlir buna dili,Sınsın bimürvətin beliYurdum Azərbaycan eli.Qaça bilmərəm heç yanaDeyin canana-canana.

Qız:Yola salın o oğlanı,Göndərsin bizə nişanı,Sürək bu gözəl dövranı,Sevib inana-inana,Sevib inana-inana.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq