Sənin üçün
Yağış gələr, səpələr,Ay sürüş olar, təpələr.Neylim əlim çatmayırQorxuram tutub, öpələr.
Qaş ilə göz arası.Çıxıbdır ayın parası.Bu dərd məni öldürər,Bir sənsən onun çarası.
Gün batar qaş qaralarAy yarı yardan aralar.Səhərəcən ağrıyarAy ürəyimdə yaralar.
Umudum ay umudumAy səni necə unudum.Yaşayıram yar üçün,Yoxsa bir ovuc qumudum.
Kitabxana.az · https://kitabxana.az/works/zeynal-cabbarzade-senin-ucun
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Şairin ömrü bahar ömrünə bənzər, məncə,Şairin ruhu bahar!
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canıDağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.
Yoxdur aləmdə o şuxi-məhi-tabanə əvəzYoxdur aləmdə o şuxi-məhi-tabanə əvəz,Səri-kuyidir onun rovzeyi-rizvana əvəz.