Üçüncü cildin müqəddiməsi
الساعه، خامه به دست گرفته به نام یزدان پاک شروع به جلد سیم سیاحتنامهٔ ابراهیمبیگ خواستم بنمایم، ولی حواس نه چنان پریشان است که بتوان دو کلمه مطلب مهم ادا نمود؛ نمیدانم شالودهٔ مطالب از چه ممر برداشته و چگونه بیان شود. خامه خشکیده و بنان سوخت. چه نویسد؟ که چیزی نانوشته نمانده؛ و چه بگوید؟ که گفتنیها را همه گفته؛ کنایه همه تمام شده، رمز به آخر رسیده، تصریح واضح گشته، چیزی، چیزی باقی نمانده است. محرر نیستم که تاریخ نویسم و احوال سلف را به قلم آرم. شاعر نیستم که اشعار انشاد کنم و قافیه پردازم. نطاق نیستم که سخنسازی کنم. عالم نیستم که از هفت طبقهٔ آسمان و کون و مکان دلیل بیاورم. منجم نیستم که گردش افلاک را پایهٔ سخن خود سازم. به مدرسهٔ دیپلوماتی نرفتهام که از حقوق دول و حقوق ملل به خرج دهم. طوطیوار آنچه یاد گرفته بودم بیان کردم و هر چه در انبان داشتم همه را به خرج دادم. غلط یا صحیح از خود شعربافی و شعرسازی هم کردم. مضحک شدم، خروس گشتم، بانگ زدم، فریاد کشیدم، عمامه بر سر نهاده اذان دادم، «لیقظة خیرة منالنوم» گفتم و به آواز بلند فریاد کشیدم: «ای بیخبران ز خواب غفلت بجهید!»
حمامی شدم، بوق حمام دمیده گفتم: «ای خفتگان غفلت، حمام باز شد بیدار شوید، سر و کله صفا دهید و کسالت را از خود دور نمایید! غسل توبه نمایید که منبعد ظلم نکنید و مظلوم نشوید و ترک طاعت ننمایید!» آوازم در حنجره گرهگیر شد و کسی بیدار نگشت که آواز «حی علیالصلاح» مرا بشنود. بانگ مرغ سحر به گوش احدی نرسید.
پس در این صورت چه نویسم و چه گویم و به چه زبان مرض وطن را حالی ابناء وطن نمایم و به که گویم؟ نه دیدهٔ بینا و نه گوش شنوا؛ «همه مردهاند ولی زنده، زندهاند لکن مرده!» با اینکه آواز مرا شنیده و منظورم را فهمیدهاند جواب به خاموشی حواله کردند. گروهی زبان به طعن و ملامتم گشاده و طایفهای فضولی شمرده قصد گرفتنم داشته، خیال ایذا و آزارم کردند؛ حال که ظالمان در این خیال هستند ناچار در جلد سوم کار از ایما و اشاره و ابهام و کنایه گذشته، سخن به صراحت خواهد کشید.
گر من از سنگ ملامت رو بگردانم، زنم
جان سپر کردند مردان ناوک دلسوز را
جسته جسته وقایع تاریخی صدسالهٔ ایران و سبب هرج و مرج وطن را آنچه شنیده و خوانده و دیدهام -هر چه باداباد- خواهم نوشت. اکنون کار از کار گذشته و کارد به استخوان رسیده است. این دیوانهٔ وطن به آواز بلند میگوید: ای مخربان دین و دولت و ای تارکان اوامر شریعت و ای کجروان راه طریقت و ای خائنان خاندان سلطنت و ای باقی ماندگان قوم چنگیز! بدانید و آگاه باشید از حیات فرمانفرمایی شما چندان باقی نماند! ای ظالمان ملت و ای ستمکاران عائلهٔ انسانیت و ای اعدای قانون مدنیت و شریعت! عنقریب دست طبیعت سزای کردار و جزای افعال ناهنجار شما را در کنارتان خواهد گذارد و کیفر کردارهای خود را خواهید دید. عنقریب است که منتقم حقیقی جنود نامسعود شما را در بحر احمر غرق و نابود نماید. این امت محمد (ص) را که ذلیلتر از ملت بنیاسرائیل کردهاید از چنگ پر ننگ شما رهایی بخشد. زیرا که جنگ ترانسوال و محاربهٔ ملت غیور ژاپون صدای شیپور بیدارباش آن لشکر غیور را به عموم ملل دنیا خصوصاً ایرانیان رسانیده و همه را بیدار نموده است. این همه همهمه و غلغله که بین ملت افتاده، مسلم است که تأدیب شما میباشد و خواهند ادب فرمود.
پس بهتر این است که به اهالی ایران -که خودتان هم عضوی از اعضای ایشاناید- رحم نمایید! دمی به خود باز آیید، درست تفکر فرمایید، تاریخ گذشتگان را بخوانید و از احوال سلف یاد آرید! شما از آل برامکه افزون نخواهید شد. مانند شما صدها جعفر وظیفهخوار داشت. چه شد؟
عالیه خاتون، مادر جعفر کذایی، در عید اضحی خانهٔ یکی از اعیان رفت، صاحب خانه داخل شده از زن خویش سؤال کرد: «که این خاتون کیست؟»
جواب داد: «مادر جعفر است.»
صاحب خانه رسم تهنیت به جا آورده گفت: «والده! شما دنیا دیدهاید. از حالات عجیب و غریب صحبت نما تا مستفید و مستفیض شویم.»
گفت: «فرزند، چه عجبتر از احوالات خودم بیان کنم که در یک عید واضحی دویست رأس شتر و گوسفند قربانی کرده، به دویست نفر جواری ماهپیکر لباس زرینه پوشانیده و به هر یک فراخور حالشان انعام و احسان کردم، و در یک عید قربان دیگر -آنکه عبارت از امروز باشد- به یک پوست گوسفند محتاجام که زیر انداز خود سازم.»
همان منزل است این بیابان دور
که گم شد در او لشکر سلم و تور
آن روز گذشت و این روز هم در گذر است. آیا سبب این ذلت از چه بود؟ غیر از استبداد و عدم قانون؟ دور نرویم! رفیق شما حاجی میرزا ابراهیم خان شیرازی را که میشناسید، تمام ایران در دست اقتدار او و اولادش بود، در یک روز مانند آل برامکه نگردید. سبب چه بود، غیر از خودرأیی و ظلم و ستم و بیقانونی؟ پس چرا به خود باز نمیآیید و به خویش رحم نمینمایید؟ چرا انصاف نمیفرمایید؟ مگر نمیدانید ظلم تیشهای است که ریشهٔ صاحبش را از بیخ و بن برمیکند؟ چرا نویسندگان و گویندگان را دست و زبان میبرید؟ آخر ما چگونه دم از حب وطن بربندیم؟ چگونه سلطنت ششهزار سالهٔ ایران را که به حالت نزع انداختهاید ببینیم؟ چه شد صولت آقا محمدشاه خواجه که ناپلیون آرزوی اتحاد او را داشت؟ خزانهٔ فتحعلیشاه را کجا خرج کردید؟ و آن لشکر محمدشاه مبرور که در هرات داشت چه شد؟ اردوی بوشهر کجا رفت؟ چه شد عسکر خراسان؟ مگر نه درین اواخر دویست هزار لشکر جرار زیر سلاح داشته و دو سال دست به رعیت نزده، مال دیوان میخوردند؟ کو یادگارهای نادری و خزاین هندوستان و شدّههای مروارید؟ کو کاردهای دستهٔ زمرد؟ کو شمشیرهای مرصع غلاف کو؟ صندلیهای زر خالص؟ کو میزهای طلا؟ کو کاسههای فیروزه؟ کو کاسه کاسه زمرد و یاقوت؟ کو کیسه کیسه مروارید؟ کو سرکردگان رستمریش افراسیابصولت؟ کو سرتیپان عباسی سبیل با سطوت؟ کو عزت ایرانی؟ کو همت و حمیت قزلباشی و تکبر قاجاری؟ همه را به باد فنا دادید؟ سربازان وطن را تریاکی و جانبازان را بیماری آموختید، سرتیپی به جوانان پانزدهساله دادید، ادارهٔ معیشت نجیبهٔ اجداد خود را به فرنگیمآبی مبدل کردید! چرا عصمت زنان را تبدیل دادید؟ جهت اینکه تعیش کنید و با بیگانه درآمیزید و اخلاق ایشان را بیاموزید؟ غیر از اینکه خزانهٔ فتحعلیشاه را تباه، پنجاه ملیان قرض هم بالا آوردید. از برای دو روزهٔ جلال خود پارک ساختید و برای پارکهای خود مبل خریدید، ملت را سر و پا برهنه گذاشتید و سرباز را به قوت یومیه محتاج کردید. دیگر بس است! خیال کنید. انصاف نمایید. مرحمت فرمایید!
ای نایبان حضرت حجةالله! نه اینکه خدا و رسول و ائمه ما را تا ظهور قائم آل محمد -عجلالله فرجه- به شما سپردهاند؟ چرا لب بسته و انزوا گزیده خاموش نشستهاید؟ مگر امت محمدی (ص) را در زیر طوق شما نگذاشتهاند، ما شما را واجبالاطاعه نمیدانیم؟ اگر شما حکم فرمایید که مثلاً معقوده به جهت فلان خلاف که از تو صادر شده به تو حرام است، فیالفور عشقورزی او را بر خود حرام نمیدانیم؟ با این اطاعت ما، به چه سبب امر به معروف نمیفرمایید؟ و حال آنکه میبینید و از کسان موثق میشنوید که از این ظالمان بیرحم به امت مرحومه چه میرسد. هزاران خون به ناحق ریخته میشود. ثغور ممالک را اعدا متصرف میشوند. فقرا و مساکین را بیخانمان و مسکن میگذارند. از اسلام جز اسمی باقی نیست. تمام حلال خدا حرام و حرام حلال گشته. در خانهٔ کدام رییس به جای آب شراب مصرف نمیشود؟ گوشت خنزیر خورده نمیشود؟ کدام یک نماز میخوانند، روزه میگیرند، پیشخدمتان امرد نگاه نمیدارند؟ دفع این ظلام و فساق مگر واجب نیست؟ و یا از شما سؤال نخواهد نمود؟ خیلی رود؛ درزی نکنم، به سر مطلب روم. سرمایهٔ تاریخ عیبپوشی نیست. فکر نمایید!
Qələmi ələ alıb, İbrahim bəyin "Səyahətnamə"sinin üçüncü cildini başlamaq istəyirəm. Lakin fikrim elə pərişandır ki, iki kəlmə mühüm mətləb yazmaq iqtidarında deyiləm. Bilmirəm mətləbi haradan başlayım, necə bəyan eləyim. Qələmim qurudu, barmağım od tutub yandı, daha nə yazım? Yazılmış bir şey qalmamış; nə deyim? Deyilməmiş bir söz qalmamış, kinayə qurtarmışdır, rəmz tükənmişdir, izah aydınlaşmışdır. Heç nə, heç bir şey qalmamışdır. Tarixçi deyiləm ki, tarix yazıb, keçmişdəkilərin əhvalatını qələmə alam, şair deyiləm ki, şer yazıb, qafiyəpərdazlıq edəm. Natiq deyiləm ki, söz quraşdıram, münəccim deyiləm ki, sözümü əflakın hərəkət etməsi ilə əsaslandıram, siyasi məktəbdə oxumamışam ki, beynəlxalq hüquqdan və tarixdən dəm vuram. Öyrəndiklərimi tuti kimi deyib qurtardım. Dağarcığımda nə var idi xərclədim. Yalandan-palandan özümdən şer də oxudum. Gülünc vəziyyətə düşdüm, xoruz olub banladım, qışqırdım, haray çəkdim, başıma əmmamə qoyub azan verdim, dedim: oyaqlıq yuxudan yaxşıdır, anla!
Uca səslə bağırdım: -- “yahu, qəflət yuxusundan oyanın!”
Hamamçı olub, buğ çəkib dedim: "ey qəflət yuxusunda yatanlar, durun, hamam açıldı, üz-gözünüzü yuyub səfalanın, kəsalətdən çıxın, tövbə qüslü eləyib, özünüzə söz verin ki, bir daha zülm etməyəsiniz. Məzlum da olmayasınız, itaəti də tərk etməyəsiniz.
Səsim boğazımda düyünlənib qaldı, heç bir kəs oyanmadı ki, mənim səsimi eşitsin. Heyif ki, bu səhər banlayan xoruzun banı heç kəsin qulağına çatmadı.
Belə olduqda mən nə yazım, nə deyim? Vətənin xəstəliyini hansı dillə vətən evladına çatdırım? Kimə deyim? Nə bir görən göz var, nə də bir eşidən qulaq.
Hamı ölü ikən diri, diri ikən ölüdür. Mənim səsimi eşidib, məqsədimi anlayanlar da susdular. Bir parası məni məzəmmət eləməyə başladı, bəziləri dediklərimi füzulluq hesab edib, məni tutmaq və əzab-əziyyətə məruz qoymaq niyyətində oldular. İndi ki, zalımlar belə bir niyyətdədirlər üçüncü cilddə labüd olaraq, iş eyham, kinayə və işarədən keçib, sözümüz açıq və pərdəsiz olacaqdır.
Məlamət oxundan üz döndərmərəm,
Mən arvad deyiləm, aslan tək ərəm.
Qoy hər nə olacaq olsun. Yeri gəldikcə İranın son yüz illik tarixindəki bir para hadisələri, vətənin hərc-mərcliyə düçar olması səbəblərini eşitdiklərim, oxuduqlarım və gördüklərimin əsasında yazacağam. İndi artıq iş-işdən keçibdir. Bıçaq sümüyə dayanmışdır. Bu vətən divanəsi uca səslə deyir ki:
“Ey Çingiz tayfasının qalıqları! Bilin və agah olun ki, sizin hökmranlıq dövrünüz başa çatmışdır. Ey millətə zülm edənlər, ey insanlıq ailəsinə cəfa edənlər, ey mədəniyyət qanunlarının düşmənləri! Təbiətin əli tezliklə sizin haqsızlıqlarınızın, bəd əməllərinizin müzdünü ovcunuza qoyacaq, öz rəftarınızın cəzasını çəkəcəksiniz. Tezliklə həqiqi intiqamçı sizin bu lənətə gəlmiş qoşunlarınızı qan dəryasında boğub məhv edəcəkdir. Millətin arasında görünən bu fəaliyyət və qeylü qal, şübhəsiz ki, sizlərə ədəb dərsi vermək üçündür və bu dərsi sizə verəcəklər. Belə olduqda, özünüzün də üzvü olduğunuz əhaliyə rəhm eləyin, bir anlığa özünüzə gəlin, ayıq başla düşünün, sələflərin tarixini oxuyun, keçmişlərin əhvalını xatırlayın. Siz Bərmək evladından artıq deyilsiniz. Onların da qulluğunda sizin kimi yüzlərlə cəfərləri var idi. Axırı necə oldu? Cəfər-Bərməkinin anası Aliyə xatun qurban bayramı varlılardan birinin evinə getdi. Ev sahibi gəlib öz arvadından bu qadının kim olduğunu soruşdu. O dedi:
“Bu, Cəfərin anasıdır.”
Ev sahibi hörmət qaydasını yerinə yetirəndən sonra dedi:
“Ana, siz dünya görmüşsünüz, qəribə və maraqlı hadisələrdən söhbət eləyin, biz də istifadə edib, onlardan özümüz üçün nəticə çıxaraq.”
Qadın dedi:
“Öz başıma gələn əhvalatdan qəribəsi ola bilməz. Belə ki, qurban bayramlarından birində iki yüz dəvə və qoyun qurbanlıq kəsdim, iki yüz ayüzlü kənizə zərli-zivərli paltar geyindirib, hər birisinə şəninə görə xələt və ənam verdim. Başqa bir qurban bayramında, yəni bu gün, altıma salmaq üçün bircə dənə qoyun dərisinə möhtacam.”
Bu ucsuz biyaban o mənzildir ki,
Səlm-tur qoşunun kamına çəkdi.
O gün keçdi, bu gün də keçməkdədir. Bu zillətin səbəbi nə idi? Səbəbi istibdad və qanunsuzluqdan başqa nə ola bilərdi? Uzağa getməyək. Siz öz həmqatarınız Hacı Mirzə İbrahim xan Şirazini ki, yaxşı tanıyırsınız. Bütün İran onun və onun evladının əlində idi. Bircə günün içində bərməkilər kimi olmadılarmı? Səbəbi nə idi? Səbəbi -- istibdad, özbaşınalıq, zülm və qanunsuzluqdan başqa bir şey deyildi. Bəs nə üçün ayılmırsınız, nə üçün özünüzə rəhminiz gəlmir? Niyə insaf gözü ilə baxıb belə bir həqiqəti görə bilmirsiniz? Məgər bilmirsiniz zülm öz sahibinin rişəsini kökündən qoparıb atan bir baltadır. Yazıçıların və natiqlərin əlini-dilini nə üçün kəsirsiniz? Axı biz necə ağzımızı yumub vətənpərvərlikdən danışmayaq? Zümrüd dəstəli qəmələr, qınları qızıla tutulmuş qılınclar, xalis qızıldan olan masalar, çarpayılar, firuzə kasalar, zümrüd və yaqut piyalələr, mirvari kisələri necə oldu? Rüstəm heybətli, Əfrasiyab görkəmli sərkərdələr hara getdi? Hamısını bada verdiniz! Vətən sərbazlarını tiryəki elədiniz, vətən fədailərinə arsızlıq, biqeyrətlik öyrətdiniz. Sərtiblik rütbəsini on beş yaşlı uşaqlara verdiniz.... Minlərlə nahaq qanlar axıdılır, düşmənlərin hər biri ölkənin bir tikəsini qoparıb öz torpağına qatır.
Bəs bütün bu zalımların, fisqü-fücur sahiblərinin dəf edilməsi vacib deyilmi? Yaxud bu haqda sizdən sorğu-sual olmayacaqmı? Nə isə, keçək, çox da ağartmayaq, mətləbə başlayaq. Ancaq bunu bilin ki, tarix heç bir eybin üstünü örtmür! Yaxşı düşünün!
Kitabxana.az · https://kitabxana.az/works/zeynalabdin-maragayi-3-ucuncu-cildin-muqeddimesi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
“Qorxma,” -- dedim, -- “bizim bir neçə köynək-tumandan savayı bir şeyimiz yoxdur. Nə tacirik, nə də sərraf.”Ancaq xidmətçinin bu haləti məni həm təəccübləndirdi, həm də ona gülməyim tutdu. Nə isə, mehmanxanadan çıxıb dəniz kənarına getdik. Hər tərəfə baxdım, yenə də Batumda olduğu kimi, həmvilayətlərimizi gördüm. Dəstə-dəstə özlərini günə verib bitlənirdilər. Bizdən bir qədər aralı bir dəstə adam toplaşdı. Səs-küy ucaldı. Birini döyüb ucadan deyirdilər: "Bu köpəkoğlu həmşərini vurun!"[3]. Çatan o adamı döyürdü. Mən camaatdan soruşdum ki, bunun günahı nədir, nəçidir və nə üçün döyülür? Dedilər iranlıdır, özü də muzdurdur. Sahibi Bakı əhalisindən olan bir müsəlmanın gəmisində işləyir. Onu vuranlar da gəmi muzdurlarıdır. Özləri də bu şəhərin əhalisindəndirlər.
Səyahətnamənin mətni, 3“Gəl mənim sözümə qulaq as, elə gəldiyimiz yolla Misirə qayıdaq,” -- dedi. -- “Mən sizin xasiyyətinizə yaxşı bələdəm. Bu ölkədə hər gün bir xoşagəlməyən hadisəyə rast gəlib, qüssə eləyirsən. Qorxuram, allah eləməmiş, xəstələnib eləyəsən. Onda mən sənin anana nə cavab verərəm? İranın bir hissəsini gördünüz. Tehran da Xorasanın tayıdır. "Bir ovuc bir xalvarın nümunəsidir" demişlər. "İlin yaxşı-pisi yazından bəllənər". Tehranda sənin könlünü açan bir şey görməyəcəksən.”Mən Yusif əminin xahişini rədd etdim:
Səyahətnamənin mətni, 4Xülasə, Damğandan da köçüb, neçə gündən sonra Bəstamın Şahrud şəhərinə çatdıq. Hacı Hüseyn cilovdar dedi:“İki gün burada qalacağıq. Ancaq sizə gərək bağda çadır quram, orada qalasınız; çünki bu şəhərdə gənə var, qərib adamları sancanda bərk azarlayırlar.”
Səyahətnamənin mətni, 5Səhərə yaxın oradan da çıxdıq, gəlib şəhərə çatdıq. Hacı Hüseyn cilovdardan soruşdum:“Biz harada mənzil tutsaq yaxşıdır?”
Başqa şairlərin şeirləri
Sâkî tolu sun âşık-ı şeydâ gicesidürMutrib di yü usanma ki yeldâ gicesidür
QaldımYanaram, yanaram, dilim dönməz,Qərib qərib qürbət ellərdə qaldım
Əhsənül xaliqƏzzəl bismillah nameyi heydər,Göydən yerə endi əhsənül xaliq.
Polyak qızı Səlmi(Müqəddimə əvəzi)*Bu il Avropaya nə tez yağıb qar?