Jahanshah Haqiqi: Love
Yarəb, nə nur imiş ki, məni yaxdı narına
Yarəb, nə nur imiş ki, məni yaxdı narına,Yarəb, nə zat imiş ki, məni çəkdi darına?
Sufiyə səf ol bu gün çün rəh-i ərkan səndədirSufiyə səf ol bu gün çün rəh-i ərkan səndədir,Çünki tövhid əhlisən, din ilə iman səndədir.
Oldı hüsnün dəftəri bu gönlümə ümmül-kitabOldı hüsnün dəftəri bu gönlümə ümmül-kitab,Aləmə andan açıldı rahi-iman fəthi-bab.
Dərdimə dərman qılan ol gözləri şəhla imişDərdimə dərman qılan ol gözləri şəhla imiş,Qaşlarıdır kabə qövseyn zülfi ev əbna imiş.
Olmuşam səhra-güzər bir Leyli sevdasında mənOlmuşam səhra-güzər bir Leyli sevdasında mən,Gəşti-Məcnuna yetişdim eşq səhrasında mən.
Qılmayan canın fəday ol dilbəri-cananınaQılmayan canın fəday ol dilbəri-cananına,Cahili-nadan imişlər rəhm gəlməz canına.
Demişdim bir kəz bəli ey yar səndən dönməzəmDemişdim bir kəz bəli ey yar səndən dönməzəm,Gəl Zəkərya tək sərimdən yar səndən dönməzəm.
Tags are assigned automatically from keywords and refined by editors.