Dövlət Dumasının qurulması

Millətimizin bir çox hissəsindən ötrü Dövlət dumasının əhəmiyyəti, yəni vacib və lazım olduğu bir o qədər aydın olmadığını və seçki işinin, yəni Dövlət dumasına üzv seçmək əmrinin, hələ Qafqazda qurtarmadığını nəzərə alıb haman dumanın nə dərəcədə əhəmiyyətli olduğunu bir neçə sözlə bəyan etməyi lazım bildik.Bu duma söhbətindən qabaq Rusiya padşahlığında, belə bir böyük məmləkətdə məmləkətin varlığına və padşahın davamına səbəb olan millətin və camaatın mürəffəül-hal dolanmağına elə bir etina olmayıb millətdən tələb edilirdi ki, hökumət tərəfindən qərar edilmiş qanuna (zakon) lazımdır dürüst əməl edilsin. Daha bunu nəzərə almayırdılar ki, görək bu qanunlar millətdən ötrü nəflidir və ya zərərdir. Söz yoxdur ki, hərgah bu qanunlar millətdən ötrü nəfli olsa idi millət mürəffəülhal dolanardı və heç bir kimsə durub hökumətdən şikayət etməz idi. Lakin bu bir-iki ilin ərzində vaqe olan iğtişaş, bir o qədər tökülən qanlar, tələf olan canlar bildirdi ki, millət indiyədək pis dolanırmış və indi də yenə elə pis dolanmağa daha millətin tab və tavanası yoxdur, ona görə millət şikayət edir və öz şikayətini də bu iğtişaşilə hökumətə elan edir. Bəs nə üçün millət şikayətini dili ilə hökumətə demirdi və yaxud, yazıb bildirməyirdi və bunu qoyub iğtişaş salırdı?

Uzeyir Hajibeyov27 min
Ordan-burdan 69

“Nepriyatnost”larBalaca müsibətlərə rusca “nepriyatnost” deyirlər. Bu səfər bu “nepriyatnost”lar ucundan halım elə pərişandır ki, daha durub bu “nepriyatnost”i türk dilində axtarıb, deməyə heç bir halətim yoxdur. Elə “nepriyatnost” deyib keçəcəyəm.

Uzeyir Hajibeyov1 min
Vəkillərimiz nə tövr olmalıdır

Bakı quberniyasından da Dövlət dumasına vəkil seçmək zamanı yetdi: seçkiçilər gəlibdirlər ki, öz aralarından adamlar seçib Dövlət dumasına göndərsinlər. İştə, bütün Bakının və Bakı quberniyasının ümidi yalquz bu adamlara bağlıdır. Çünki əhalinin illərcə yığılıb qalmış və nəzəri-diqqət və etibara alınmamış ehtiyacatını rəf etmək bu adamların əlindədir. Lakin əhalinin dərdlərinə dərman, ehtiyacatlarına əncam və çara aramaq üçün əhali tərəfindən vəkil olub dumaya getmək nəhayət dərəcə böyük bir əmrdir ki, hər kəs bu əmri əmələ gətirməyi bacarmaz. Ona görə vəkillərimizə lazımdır ki, seçilib dumaya getmədən əvvəl, öhdələrinə götürdükləri bu əmri-əzimin barəsində dərin-dərin mülahizə və təsəvvürlərdə bulunub öz istedad və qabiliyyətilə vuruşdursunlar və vicdanlı hökm ittixaz etsinlər. Əgər bu əmriəzimin “öhdəsindən gələ bilməyəcəyini qəlbən iqrar edərsə, bu işdən əl çəksin və bu vəzifəni öhdəsindən geri versin.Əhali tərəfindən vəkil olub, Dövlət dumasına gedən şəxsə lazımdır ki, onu layiq bilib seçən əhalinin rəfah və səadətinə alışmağı niyyət edib, yalquz bir bu niyyətin hüsulə gəlməsinə sərfi-məsai etsin. Bu yolda heç bir məmaniət gərək onun qabağını kəsməsin.

Uzeyir Hajibeyov4 min
Ordan-burdan 70

Deyirlər ki, Dövlət duması iyun ayının 16-da bağlanacaqdır. Əcəba, Dövlət duması nə qayırdı ki, bu tezliklə bağlanır? Hansı bir qanunu qayırdı? Hansı qanunu dəyişdi? Hansı ministri podsuda verdi? Bəs aministiya, filan deyirdilər, necə oldu?..Siz mənə cavab verərsiz ki, qoy bağlansın, zərər yoxdur. Allah qoysa, payızda yenə açılar.

Uzeyir Hajibeyov3 min
Ordan-burdan 71

Ha fikir edirəm, başa düşmürəm!Bu saat mənim adıma bir kağız gəlmişdi. Kağızı açıb oxudum, amma ha fikir elədim və yenə eləyirəm, heç zad başa düşə bilmədim və yenə başa düşə bilmədim. Lap “Molla Nəsrəddin”in gününə düşmüşəm. Bu kağızda çox sərt sözlər yazılıbdır. Belə ki, mənim yerimə bir dəymə-düşər adam olsa idi, acığı tutub haman dəm götürüb ona bir cavab yazardı. Amma iş buradadır ki, bu kağızın məzmunu məni elə kərdəngir edibdir ki, heç cavab zad da yadımdan çıxıbdır. Elə bir onu fikir edirəm ki, ay Allah, bu kağızı mənə yazan nə demək istəyirmiş, bu kağızı yazmaqda onun məqsədi və “ideya”sı nə imiş, çünki bu saat heç bir kəs “ideyasız”, məqsədsiz bir kağız yazmayır. Dükançılar köhnə qəzetənin içinə darçın, istiot, mixək bükən kimi, hər yazı yazan da görürsən yazdığı sözlərin içinə bir “ideya” bükür. Lakin heç başa düşə bilmirəm ki, mənim adıma göndərilmiş bu kağızın içinə nə cür “ideya” bükülübdür. Qəribə budur ki, kağızı yazan məni söyüb də bir də yalandan yazır ki, guya mən onu görmüşəm və onunla bizim şeir xüsusda danışmışam, o da mənə cavab verirmiş; qərəz, nə baş ağrısı verim, kağızın məzmunu budur:

Uzeyir Hajibeyov3 min
Kəndçilərimizə dair

Neçə vaxtdır ki, Dövlət dumasında aqrarnıy vopros deyilən kəndçi və yer məsələsi müzakirə olunmaqdadır. Sair vəkillər, kənd əhlinin özündən seçilmiş vəkillər ilə bərabər, bu məsələ üstündə danışıb rus dəhat əhlinin ağır olan dirilik və məişətini yüngüllətmək üçün buna müvafiq qanunlar və qaydalar qoyulmasını tələb edirlər. Daha doğrusu rus dəhat əhlinin ikinci və həqiqi xilas və nəcatını hasil etmək istəyirlər. Rus dəhat əhlinin birinci “nəcatı” imperator Aleksandr saninin əsrində fevralın 19-da 1861-ci sənədə vaqe olmuşdu. Lakin bu nə “Nəcat” idi?! Hökumət kənd əhalisini zalım mülkədarların əlindən xilas edib öz istibdad cəngalına salmışdı və kəndçilərə zərərdən səva heç bir nəf gətirməmişdi. Böylə ki, əgər kəndçilər Sədinin sözlərini yad edib desə idilər:Ke əz çəngale-korgəm dər rebudi,

Uzeyir Hajibeyov4 min
Bir tədbir lazımdır ya yox?

Zaqafqaziyada işlər xarabdır. İrəvan və Gəncə quberniyalarından bir-birindən həyəcanlı, bir-birindən qorxulu xəbərlər gəlməkdədir. Quldurluq, qatillik, bu zavallı quberniyalarda adi hadisələr halını çoxdan bəridir ki, kəsb edibdir. Bir tərəfdə öldürürlər, bir tərəfdə soyurlar, bir tərəfdə heç bir təqsiri olmayanları əsir edib, min cürə əziyyət və əzaba giriftar edirlər! Qəzetələr böylə hadisələri öz sütunlarında xəbər verib, onu dəxi qeyd edirlər ki, filan yerə qoşun göndərilib, filan yerə top aparıldı. Lakin bu qoşun, bu top məzkur hadisələrin günü-gündən şiddətlənməsinəmi kömək edir, yaxud əksilməsinəmi? Biz desək bu hadisələrin əksilməsini görməyib hər gün yeni hadisələr vüquunu xəbər verirlər. Şübhəsizdir ki, əgər işlər bu tərz ilə davam etsə, yəni vaqe olan hadisələrə qarşı yalnız bir qoşun və top göndərməklə tədbirlər görülsə, bu ölüm-itim, quldurluq, basqınlığa bir intəha olmaz, bəlkə bunlar hamısı o qədər şiddətlənər ki, axırda ümumi bir qırğına mübəddəl olub, ölkəni ağzına alar. Ondan sonra... “əsaslı” tədbirlər görülməsinə mübaşirət edilər, tədbirləri işə buraxmağa, tətbiq etməyə başlarlar. Lakin üç gün keçməz ki, genə sahib tədbirlər boşalar, tədbirlərin əsəri, nüfuzu azalar, yenə ölüm, itim, hücum öz qaydasına girər, top və qoşun göndərilər, heç bir faydası olmaz, işin axırı qırğın və iğtişaşa müncər olar və habelə... Bunlar hamısı təkər kimi fırlanmağa başlar və bunların hər bir fırlanmasına ölkənin hər dəfə bir qismi qurban olub gedər...Lakin bir fikir edəlim, məgər, doğrudan da bu qanlı hadisələrə qarşı əsaslı tədbirlər görmək lazım deyilmi? Məgər, doğrudan da qət edilibdir ki, hər nə olur olsun? Məgər, keçən erməni-müsəlman şurasından nəticələr çıxara bilmədiyi rəislərimizi, başbilənlərimizi daha həvəsdən saldı? Lakin bu erməni-müsəlman şurasından arzu edilən nəticələr çıxa bilmədiyinə səbəb nə oldu?

Uzeyir Hajibeyov10 min
Ordan-burdan 72

İran Rusiyanı yamsılayırDoğrudan da İran Rusiyanı yamsılayır. İran camaatı baxıb gördü ki, rus camaatı öz dövlətindən azadlıq tələb edir. Ona görə o da öz dövlətindən azadlıq tələb etdi. İran dövləti baxıb gördü ki, rus dövləti camaatı dolamaq üçün dedi: dinməyin, sizə bir otaq verəcəyəm, adı “qosudarstvennaya duma”, o da öz camaatını tovlayıb dedi ki, sakit olun, sizin üçün bir ev tikəcəyəm, adı olsun “Ədalətxanə”. Rusiya camaatı tovlanmağını duyub, dövlətə bərk acığı tutdu və ayağını yerə döyüb dedi: özün bil, ya vədinə vəfa elə, ya ki... İran camaatı da rus camaatına baxıb dövlətinə dedi: bax, özün bil, ya “Ədalətxana”nı bu saat qur, ya da ki... əyan və əşrəfdən dəstbərdar ol.

Uzeyir Hajibeyov2 min
Ordan-burdan 73

“Osmanlı”, Üdəba və mühərriri zümrəsinə daxil olmağa layiqi olan bir “ədib”in hər həftə çıxan asari-qələmindən bir nümunəyi-imtisal:“Əfəndim, şu sözləri yazmaqda mənim muradım bütün aləmə kəndimin millətpərəstliyini bildirməkdir. Beləmi, əfəndim? Belə isə, qulaq asınız əfəndim! Şu gün mən şu sözləri yazıb şəhərimizin qoca qarunlarına deyirəm ki, ey qoca qarunlar, gəliniz mən sizə yol göstərim. Siz kəndi pulunuzu xərcləmək bilməyirsiniz. Beləmi, əfəndim? Belə isə çox gözəl əfəndim. Lakin bəs nə üçün şəhərin qoca qarunları mənim şu sözlərimə qulaq asmırlar, əfəndim? Görünür ki, mənə etina etmək istəmirlər, beləmi əfəndim? Belə isə yaxşı olmadı, şəhərimizin qocaları şu yanda dursun, əfəndim? Gəlin “cavanlar”ın üstünə; şu cavanlar heç mənim xoşuma gəlməyir, əfəndim! Çünki onlar heç bir şey qanmayırlar, beləmi, əfəndim? Belə olan surətdə o cavanların başından basıb qoymamalıyız ki, onlar mühərrir olsunlar. Onları hər halda müttəhim etmək lazımdır. Beləmi, əfəndim? “Əta olundu” sözü ilə “alındı” sözünə fərq qoymayan bir şəxs heç bir vaxt mühərrir ola bilməz, əfəndim! Amma qırx qəpiklik kitabı millətə bir manata satan adam əsil millətpərəst ola bilər, beləmi, əfəndim? Əlbəttə belədir, əfəndim? İştə, şimdi şu “qanmaz” cavanları zəmanəyə tapşırmalıyız, əfəndim və pul qazanmaqda mahir olan “millətpərəst”ləri öz-özümüzə yol göstərən ittixaz etməliyiz, beləmi, əfəndim? Beləmi, əfəndim? Belə, belə əfəndim!”

Uzeyir Hajibeyov1 min
Mədəni ingilislərin vəhşi yırtıcılığı

Rus qəzetələrini mütaliə etdiyim yerdə gözlərim “Novoye vremya”da təəssüfamiz bir məqaləyə sataşdı. Bu məqalədə insanı təhqir edəcək dərəcədə murdar bir hadisədən məəl-təəssüf xəbərdar oldum. “Liberalnı” adlanan ingilis qəzetələrindən “Tribyun” adlısı yazır ki, bu keçənlərdə ingilis əfsər (zabit)ləri Misirdə nə səbəbdən isə güllələr atıb, məhəlli əhalidən bir neçəsini vurubdurlar. Bu halda şuriş düşüb, əhali tərəfindən güllələr atıldıqda ingilis zabitlərindən, birisinə güllə dəyib ölübdür. İngilis hökuməti, əlbəttə, öz zabitinin qanını yerdə qoymaq istəməyibdir. Sud qurub, məhəlli əhali tərəfindən 4 nəfərini asılmağa və 2 nəfərini qırmanc (qamçı) ilə döyüb əziyyət verdirməyə məhkum edibdir. Misirlilərdən bir çox adam hazır olduğu yerdə bu binəvaların qətl və cövrünə şüru olunub, tamam 4 saat müddətində olmazın əziyyət və əzabdan sonra hamısını qətl edibdirlər...Bir baxınız, indiyə qədər ingilis tərəfindən “vəhşi” hesab olunan Rusiya milləti hələ qısqıdan qurtarmamış, arzu olunan hürriyyətləri almamış, tələb edir ki, ölüm cəzası fəsx olunsun. Amma azadəlik sayəsində dolanan mədəni ingilislər XX əsrdə də adam öldürməkdən, yəni qatillikdən əl götürməyiblər. Özü də kimi öldürür? Sahibsiz, başsız, əl-ayaqsız əhalini! Nə tövr öldürür?

Uzeyir Hajibeyov2 min
Gələcəyi unutmayalım

Bu gün miləli-mütəməddinənin bu qədər əlləşib çalışmaları, hər bir işlərində göstərdikləri səy və təlaş, hamısı gələcəyə əhəmiyyət nəzəri ilə baxmaqlarından irəli gəlir. Gələcəklərini əhəmiyyətli və əziz tutan millətlər heç bir vaxt qeydsiz və qayğısız olmayıb, hər an və hər dəqiqə çalışırlar. Bunların hər bir firqə, sinif və silki özü üçün parlaq bir gələcək hazırlamaqdadır. Cahil və qafil millət isə ətalət və kəsalət ilə dolanıb gələcəyin qeydinə qalmır, gələcək fikrində olmur, özünə azuqə axtarmayıb, azuqəsiz qalan adam kimi, bu millət də axırda gələcəkdən məhrum olur, yəni yox olub gedir.Tarixin varaqlarını seyr edərsək, bir çox misallar taparıq ki, ən böyük, cəsim və qəviyyul-şikəmiyyə görünən, lakin istiqbalını heç bir halda nəzərə almayıb da qəflət ilə gün keçirən millətlər, ufacıq, az və zəif, fəqət huşiyar və gələcək fikrində olan bir millətin qabağında əriyib, müruri-zaman ilə məhv və nabud olubdur və yaxud öz istiqlalını bərqərar və payıdar saxlamağa qadir olan bir millət, ətalət və bətaləti ucundan sairələrin əlində münqəriz olub gedir.

Uzeyir Hajibeyov3 min
Ordan-burdan 74

Rus adamları Dövlət dumasında olan vəkillərindən tələb eləyirlər ki, onlar gedib, bilavasitə padşah ilə danışsınlar və ehtiyaclarını bilavasitə padşahın özünə desinlər.Ay ruslar, bəs biz müsəlmanlar nə edək ki, Dumaya göndərdiyimiz vəkillər padşah oyanda dursun, öz duma yoldaşlarının yanında da danışmaq istəmirlər. Və elə dinməz oturublar ki, guya ağız açsalar qiyamət bərpa olar. Onlara bir deyən yoxdur ki, ay vəkillər, axı belə iş olmaz. Sizi bura danışmağa göndəriblər, yoxsa Dövlət dumasına Qafqazdan “Nobar” göndəriblər?

Uzeyir Hajibeyov2 min
Dövlət şurası

İndiyə qədər Dövlət şurası sarıdan heç bir səs-soraq yox idi. Guya bu məclisin özü Dövlət duması qabağında öz lüzumsuzluğunu düşünüb səs çıxarmağa utanırdı.Lakin hər nə tövr olsa Dövlət duması ilə bir zamanda təşkil olunmuş bu məclis dəxi hərəkət etməyə, danışmağa məcbur idi. Dövlət duması iş görüb qərardadlar, qanun layihələri hazırladığı halda, bu gunə qərardadlar və layihələr tərtib etməyə ixtiyarı olan Dövlət şurası dinməz otura bilməzdi. Dövlət duması ilə müvafiq olduğu və ya zidd olmasını bildirməli idi. Ya əl çalıb dumaya “afərin” deməli idi, ya razı olmayıb etiraz etməli idi.

Uzeyir Hajibeyov2 min
Ordan-burdan 75

Budur neçə vaxtdır ki, qulağıma iki cür səs gəlməkdədir.B i r i: İşlərimiz xarabdır, bu gün, sabah qış gəlir, əlimiz hər yerdən üzüləcəkdir. İndidən bir tədbir görmək lazımdır...

Uzeyir Hajibeyov2 min
Yenə erməni-müsəlman

Sülh komisyonu xüsusunda“İrşad”ın keçən nömrələrində “Halımıza dair” və “Bir tədbir lazımdır, ya yox” sərlövhəli məqalələrdə biz, canişini-Qafqaz hüzurunda təşkil olunmuş erməni-müsəlman sülh komisyonunun (üzvlərinin bir yandan tərəfgirlik və bir yandan hümmətsizliklərindən naşı) sülhçiliyə layiq olmadığını yazmışdıq və bu komisyonun islahı üçün öz tərəfimizdən bir para təsəvvürat izhar edib də sairələrinin də bu mühüm məsələyə iştirakını iltimas etmişdik; görünür ki, həmin bu məsələ xüsusunda məzkur erməni-müsəlman komisyonunun üzvü cənab Məhəmmədağa Şahtaxtinski imiş, lakin məəttəəssüf cənab Şahtaxtinskinin yazdığını (məqaləsi çap olunmuş qəzetə bağlandığına görə) biz görə bilməmişik.

Uzeyir Hajibeyov3 min
Ordan-burdan 76

Biz gözləyirdik ki, bugün-sabah vəzirlərin istefa verməyi xəbərini eşidəcəyik. Amma onun əvəzində (işə bax!) dumanın buraxıldığı xəbəri gəldi...Yazıq Duma! Qovulandan bəri hər dəfə vəzirlərə üz tutub o qədər atstavka təklif etdi ki, axırda özü atstavka verməyə məcbur oldu. Duma buraxıldı...

Uzeyir Hajibeyov2 min
Ordan-burdan 77

Belə rəvayət edirlər ki, Dövlət dumasının buraxılması müsəlman vəkillərinə çox artıq təsir edibdir. Belə ki, duma buraxılandan sonra, onlar bir yerə cəm olub bikef və bidamaq oturubmuşlar. Bir qədər sükutdan sonra bunların birisi başını qalxızıb sairələrinə deyibdir:– Allahın altında, adam gələcəyi bilə idi!

Uzeyir Hajibeyov2 min
Dövlət Dumasının buraxılmasına dair

Məlum olduğu üzrə, Dövlət dumasının bu tez zamanda buraxılmasına ümdə səbəb bu olubdur ki, dumanın vəkilləri hökumətlə bir ay müddətində olan mübahisə və mübarizəyi binəticədən sonra istəyirlərmiş ki, bir xitabnamə yazıb əhali arasına buraxsınlar. Bu xitabnaməni yazmaqda dumanın qəsdi o imiş ki, öz vəzifəsinin ifa edilməsini camaata bildirsin, söz yoxdur ki, duma bu xitabnaməni yazıb da belə zənn edirmiş ki, xitabnamə əhali arasında heç bir iğtişaşa və ya inqilaba səbəb olmaz; lakin hökumətin zənni ayrı imiş. Görünür ki, hökumət belə güman edirmiş ki, bu xitabnaməni yazıb da əhali arasına intişar etmək istədikdə dumanın qəsdi böyük bir inqilab çıxartmaq imiş. Odur ki, hökumətin bu zənni dumanın buraxılmasına səbəb oldu; şübhəsizdir ki, hökumət bunu dəxi nəzərdə tutubmuş ki, dumanın buraxılması da, ehtimal, şuriş və ya inqilaba səbəb ola bilər. Ona binaən Peterburqda və bəzi yerlərdə iğtişaş vüquunu qabaqlamaq üçün bir taqım tədbirlər ittixaz etmişdi, lakin anlaşılır ki, hökumətin bu ikinci zənni ki, dumanın buraxılması inqilaba səbəb ola bilər, əvvəlki zənndən zəif imiş. Zahirən bu zənnin zəifliyi doğru olmaqdadır; çünki teleqramlardan anlaşıldığına görə, dumanın buraxılması xəbəri heç bir yerdə, heç bir şəhərdə elə görkəmli həyəcana və ya şuriş və inqilab əlamətinə səbəb olmayıbdır və Rusiyanın və Rusiya inqilabının mərkəz yeri olan Peterburq və Moskvada duma buraxıldı. Axırı bizim Bakıdakı kimi böyük bir sakitlik ilə eşidilibdir. Əlbəttə, gələcək bizə məlum deyildir, fəqət hal-hazırda şəhadət verə bilərik ki, dumanın buraxılması Rusiyada ümumiyyət etibarilə heç bir təəssürata hələ ki bais olmadı.Dumanın sabiq üzvləri, yəni vəkillər, dumanın buraxılmasına dair hökm aldıqdan sonra hamısı Peterburqdan çıxıb Fillandiyaya gedibdirlər.

Uzeyir Hajibeyov3 min
Üçüncü Rusiya müsəlman ictimainə dair

Qəzetələr verdiyi xəbərə görə (Nijni Novqorod) da Rusiya müsəlmanlarının üçüncü məclisi olacaqdır. Bu məclisə Rusiyanın hər tərəfindən müsəlmanlar cəm olub, əz hali-hazırələrini mövqeyi-müzakirəyə qoyacaqdırlar. Bu, müsəlmanların ictima qurub, əz ümumi dərdlərinə dərman aramaq üçün icra etdikləri üçüncü təşəbbüsdür. Müsəlmanların keçmiş ictimalarına dövlət izn vermişdisə də sonra nədənsə mane olub qoymamışdı ki, ictima bir müəyyən qərardad tərtib edə bilsin. Ümid var ki, müsəlmanların bu üçüncü təşəbbüsü dövləti heç bir suifikrə salmayıb “bilaməmani”ə icra olunar. Şəksizdir ki, Rusiya müsəlmanlarının bu gələcək ictimai ümumi olacaqdır. Yəni bütün Rusiyanın hər yerindən və bizim Qafqazdan da oraya vəkillər gedib, ehtiyacati-ümumiyyəmizin müzakirəsində iştirak edəcəkdirlər. Bu ictimaın biz Ümumrusiya müsəlmanları üçün ən böyük faydası olacaqdır ki, Rusiyanın müxtəlif yerlərini iskan edən müsəlmanlar öz nümayəndə və vəkilləri vasitəsilə bir-birilə görüşüb, danışıb, öz aralarında əbədi bir irtibat qoymağa səy edəcəkdirlər. Bu halda Sibirya və Orta Asiya müsəlmanları ilə Orta Rusiya müsəlmanları arasında olan irtibat biz qafqazlılar ilə ora müsəlmanları arasında yoxdur desəm yalan olmaz. O vaxt ki, Rusiyada ümum müsəlmanların yalnız bir qəzetəsi var idi və o qəzetə də Qafqazda, Bakı şəhərində nəşr olunurdu. Qafqaz müsəlmanları ilə Rusiya müsəlmanları arasında ittifaq və irtibat əlamətləri dəxi var idi. Qafqazlı və rusiyalı müsəlmanlar bir-birinin ehtiyacatından xəbərdar, bir-birinin qəm və fərəhindən hissəyab olurdular: Birinin ittifaq və ittihadı andıran sözlərinə digəri can və dil ilə haman sözləri cəvabən deyirdi. İndi isə Rusiyada müsəlman qəzetələri çoxaldıqdan sonra, hər kəs “öz əli öz başı” olub bir-birlərinə baxmaq da istəmirlər. Ümum müsəlmanlara münasibəti olan ehtiyaclar bütün qəzetə sütunlarında yazılır, müzakirə edilir. Lakin nə o tərəf və nə də bu tərəfin yek-digərinin xüsusi ehtiyacatını nəzərə almayır, bu ehtiyacatların rəfi xüsusunda dil bulamayır, bildiyi çarələri təklif etməyir...Zənnimcə, Qafqaz, Rusiya qəzetələrindən ötrü böyük və əhəmiyyətli bir sərmayəyi-mübahisə və mükalimə olan kimi, bizim Rusiya müsəlman qəzetələrindən ötrü də oylə olmalıdır. İki-uç ildir ki, Qafqazda vaqe olan hadisat ənzari-əçanabi özünə cəlb etməyə bilmədi. Rusiya müsəlman qəzetələri isə guya Qafqazdan üz döndəribdirlər. Yaxud qan meydanına dönmüş Qafqaz barəsində bir şey yazmağı, bir təsəvvür izhar etməyi lazım bilməyirlər. Doğrudur, Qafqaz qəzetələri dəxi Rusiya müsəlmanlarının xüsusi ehtiyacatı haqqında bir o qədər qələm çalmayırlar. Lakin iş buradadır ki, Rusiya müsəlmanlarının xüsusi ehtiyacatı, Ümumrusiya müsəlman ehtiyacatına qərib bir halda olarkən Qafqaz müsəlmanlarının xüsusi ehtiyacı bir bəlayi-nagəhandan ibarətdir. O bəla ki, onun üstündə binəva Qafqaz müsəlmanlarının əleyhinə bütün Rusiyada və hətta məmaliki-əcnəbiyyədə dəxi min cürə böhtanlar, iftiralar yazmaqla onsuz da hər bir hüquqdan məhrum olub yazıq qalmış müsəlmanları daxildə gözdən saldılar və axırda o məqamə yetirdilər ki, Rusiyada sakitlik sevən və rahatlıq tərəfdarı ədd olunan sadədil müsəlmanlar fəsadçılara layiq olan tənbihatə giriftar oldular...

Uzeyir Hajibeyov3 min
Məktəb məsələsi və F.A. cənabları

“Məktəb məsələsi” ünvanı ilə yazdığı bu ikinci məqaləni əvvəlincisinə mabəd surətində yazacaq idim. Çünki dərmiyan etdiyim məsələyi-mühimmə xüsusunda öz təsəvvüratımı izhar etməyi vəd etmişdim. Lakin (F.A.) rəfiqimizin “Yüz ildir getdik və əlx” məqaləsi bizi bu məsələdən bir haşiyə çıxarmağa məcbur etdi.Həmin bu “məktəb” məsələsinə bihəqqin aşına olan (F.A.) rəfiqimiz kimi mühərrirlərimizi biz qaldırdığımız məsələ xüsusunda öz təsəvvürati-qiymətdaranələrini yazacaqlarını biz kəmali-intizar ilə gözləyirdik. Lakin bu “Yüz ildir getdik və əlx” kimi məqaləni heç gözləmirdik, hətta yuxumuza da girməyirdi. Amma doğru deyirlər ki, “İş olanda olur”.

Uzeyir Hajibeyov5 min
Ordan-burdan 78

Duma yaxınlaşırBir “inteligentin” xəyalı

Uzeyir Hajibeyov3 min
Ordan-burdan 79

Budur, bir neçə ildir ki, bütün aləmi zəlzələ-vəlvələyə salan rusyapon davası və onun dalınca qucağa sığmaz olan Rusiyanı qucaqlayan bu azadlıq hərəkatı bizim bu xabi-qəflətə aludə olmuş aləmi-islamı dəxi titrətdi. Əzon cümlə bizim Bakını da titrətdi.Aləmi-islamın gözünü açdı; əzon cümlə bizim Bakının da gözünü açdı. Aləmi-islamda neçə-neçə firqələr, üzviyyətlər, “orqanizasiya”- lar, məclislər qurulmağa başladı. Əzon cümlə bizim Bakıda da həmin işlər vaqe olmağa başladı, yəni, bu bir iki ilin ərzində Bakımızda və “Hümmət” və “İttifaq” və “Hidayət” və “İxvani-səfa” və “Sədayimillət” və “Bəydəqi-nüsrət” və “Şəms” kimi cəmiyyətlər təşkil olunub, öz “ziyabəxş” və “tərəqqigöstər” və “mədəniyyətpərvər” və “maarifpərəst” olan əməlləri ilə Bakını bir hala qoydular ki, indi görən and içir ki, bu Bakı keçmiş Bakıya oxşamır. Belə ki, “Hümmət” öz hümmətilə, “İttifaq” öz ittifaqilə, “Hidayət” öz hidayətilə, “İxvanisəfa” öz səfasilə, “Sədayi-millət” öz sədasilə, “Bəydəqi-nüsrət” öz bəydəqilə və “Şəms” də öz tülui ilə Bakı camaatını hər bir pis və murdar hərəkətlərdən təmizləyib lap büllur kimi eləyibdirlər. Oğurluq, adam öldürmək, filan yoxdur, hər kəs desə ki var, yalandır, qulaq asmayın!

Uzeyir Hajibeyov1 min
Ordan-burdan 80

– Salaməleyküm, yoldaş!– O... Əbdülkərim... Əleyküməssalam... Necə varsınız? Keyf, əhval!.. Uşaqlar və kənd əhli necədirlər?

Uzeyir Hajibeyov3 min
Halımıza dair 2

Keçmiş məqalələrimdə yazdığım kimi, indi dəxi həmin o məsələ barəsində bir neçə söz demək istəyirəm ki, sairələr əjdaha qədəmi ilə irəliyə çapdığı halda, bizim “tısbağa addımı” ilə qabağa sürünüb bəzi vaxt dəxi qırxayaq (xərçəng) kimi geri getməyimizin ümdə səbəbi bu bizim bilamülahizə və fikir meydana atılıb, yalançı pəhləvan kimi oyun çıxartmağımızdır.Mən, öz vicdanım sarıdan heç bir töhmət gözləməyib açıq-açığına qəti surətdə deyirəm ki, bizim bu camaat işinə qatışanlarımızdan heç biri öz tutduğu işi barəsində heç bir vaxt dərin fikir və mülahizələrdə bulunmayır, bu işi özü üçün ya bir oyuncaq, ya da ki, “ad-san” çıxartmağa bir vasitə bilir!

Uzeyir Hajibeyov6 min

Tags are assigned automatically from keywords and refined by editors.