Sevinmə, gülmə, quzum, kimsənin fəlakətinə;Bu hal, əvət, eyi bir şey deyil, sevinmə, saqın!Sevinmə başqasının hali-pürsəfalətinə,Toqunma qəlbinə bikəslərin, zavallıların.

İnan ki, bir acı söz, bir baqış, bir incə gülüşKədərli, sıtmalı bir qəlbi tırmalar, yaralar.O qəlb avunsa da, aldanma, incinib küsmüş,Sağalmaz iştə o, yıllar keçər də həp sızlar.

Toqunma, ruhum! Əvət, kinlidir fələk, bir günQızar, həmən gücənib intiqam alır səndən.Bu gün gülən yarın ağlar, saqın öyünmə, düşün!Düşün də munis ol! İncitmə, qırma kimsəyi sən!..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets