Page 12 of 20 · 55%

Yengələr tez-tez duvaqlarını arxalarına ataraq oynamağa başladılar. Məclisə bir şənlik gəldi. Yengələrdən sonra Baba lələ və dayə Gülgəz dəsmallarını sallayaraq, “ Ağabala rizayisi “ oynadılar. Sonra ikisi də Kiçikbəyimin yanına gedib, ayaqlarına yıxıldılar. Lələ ilə dayənin hönkürtü ilə ağlamalarını görən Kiçikbəyim də özünü ağlamadan saxlaya bilmədi. Şahnisə xanım da onlara qoşuldu...

Tam dəstəyə yeddi saat qalmış dışarıdan bir təbil səsi eşidildi, bu karvan hazırdır demək idi. Qaravaşlar qadınları kallayıdan çıxarmağa başladı. Kallayı kənar adamdan boşaldılandan sonra, qonşu otaqlardan birisinin qapısı açıldı, İbrahim xan, Vaqif, Məmmədhəsən ağa, Ohan keşiş, Məlikşahnəzərin gənc oğlu Cəmşid, xanzadələr, o cümlədən Məmməd bəy içəri girdilər. Xan qızı ilə görüşüb, öpüşdü. Vaqif Kiçikbəyimin alnından öpdü, o birilər də görüşüb kənara çəkildilər. Gəlinin və yengələrin duvaqları aşağı salındı; üzlərinə duvağın üstündən cığcığa taxılmışdı. Bəylərbəyinin qardaşı gəlinə yanaşıb papağını çıxarıb, onun başına qoydu, öz kəməri ilə gəlinin belini toqqalayıb dedi:

Qızım səni qız istərəm,
Qaş-gözünü düz istərəm,
Yeddi oğlan anası ol,
Bircə dənə qız istərəm.

Bel bağlamanın icrasından sonra Kiçikbəyimin bir qoluna İbrahim xan, o birinə Vaqif girib kallayının ortasına gətirdilər. Dörd-beş qul-qaravaş gətirib Kiçikbəyimin başına dolandırdılar, sonra onların üzlərini qapıya tərəf çevirib, kim isə:

– Azadsınız! – deyə bağırdı.

Saraya alışmış qul-qaravaş getmək istəməyərək hönkürüşdülər. Bu adətin icrasından sonra İbrahim xanla Vaqif Kiçikbəyimi qapıya doğru apardılar. Zurnaçılar qabağa düşüb, “Gəlin atlandı” havası çalırdılar. Qapının girəcəyinə üzüqoylu bir boşqab qoyulmuşdu. Gəlin bunun üstünə çıxıb sındırmalı və həyatda üz verə biləcək bütün dərd-bəlaya qalib gəlməli idi. Kiçikbəyim boşqabı sındırıb keçdi.

Gəlinin artırmada görünməsi ətrafa toplanan əhali içində bir həyəcan doğurdu. Izdihamın üzərindən bir şışıltı dalğası keçib sakit oldu...

Kəcavəli dəvələr irəli çəkilib xıxırdılmışdı. Kiçikbəyimi kəcavənin bir gözünə, yengənin birini də o biri gözünə mindirdilər. Gedəcək başqa adamlar da ikinci yengə ilə o biri kəcavələrə yerləşdilər. Dəvələr qalxdı, kədərli zınqırov səsləri ətrafa yayıldı. Kiçikbəyim duvağını qaldırıb son dəfə olaraq doğma yurduna, yaxın adamlarına bir nəzər saldı. Hər şey sanki təbii idi. Yalnız Məmməd bəyin pəjmürdə durması bir xəncər olub onun qəlbinə sancıldı.

14

Kiçikbəyim köçdükdən sonra sanki Şişə yenə adi həyat yolu ilə gedir və onun asayişini pozacaq heç bir hadisə görünmürdü. Lakin bir neçə gün sonra küçələrdə vurulan təbil və çalınan şeypur yenə təzə bir hadisə baş verdiyini xalqa bildirdi. Hər kəs küçə qapısına toplanıb, qoşunun keçməsini seyr edirdi. Kazımın ailəsi də qapıya çıxmışdı. Telli ilə Gülnaz yaşmanaraq, ləzgi və kumukların atlanmasına, şeylərinin ata, qatıra, eşşəyə yüklənməyinə tamaşa edirdilər. Qoşun içində hər sinndə adam vardı.

Gülnaz Tellinin qulağına pıçıltı ilə:

– Ay qız, – dedi, – bircə o çalbığ kişiyə bax, yəqin yanındakı uşaq da oğludur.

– Oğludur, mən tanıyıram, görmürsən, necə oxşayır?!

Kazım da Gülnazın atası Allahqulu ilə işi tərk edib küçəyə çıxmışdılar.

Kazım gülərək dedi:

– Ay Allahqulu, yaxşı ki, yaxamızı bu vurhavurdan qurtardıq.

Yoxsa, indi gedirdik.

Allahqulu istehza ilə:

– Nə bilirsən, qurtarmısan? – dedi. – Gəncə xanının qoşunu çox olsaydı, indi bizi də aparmışdılar.

– Axı, Gəncə xanı Məmməd xan tək deyil ki! Onun hünəri nədir

İbrahim xanın itaətindən çıxa! Bir qurd yolla keçirdi, gördü dağın başında bir quzu durub. Quzu qurdu görəcəyin ona söyməyə başladı.

Qurd quzuya baxdı, baxdı, sonra dedi: “Ay quzu, bu cürət sənin deyil, o dalını dayadığın dağındır”. Indi, usta Allahqulu, Məmməd xan da belədir, dalında Quba xanı Fətəli durmuşdur. Fətəli durmasaydı, bu qələti eləməzdi. Məmməd xan bir daşdı, onu İbrahim xanın ayağının altına itələyib salan var...

Qoşun dəstə-dəstə, pərakəndə bir halda gəlib keçirdi. Kiminin piltəli, kiminin çaxmaqlı tüfəngi vardı. Bir çoxları qədim geyimdə: qalxan, qılınclı və zirehli idi. Nizə, toppuz, mızraq və dəbilqələr günəşdə parıldayırdı. Zəmburək32bir neçə dəvə keçdi...

Allahqulu başını ehtiyatla tərpədə-tərpədə, yavaşca:

– Ay usta Kazım, – dedi, – öz aramızdır, bu xanlar il uzunu bir-biri ilə dava eləyirlər, kasıb-kusub əldən gedir.

Davaların hər üzünü görmüş Kazım istehzalı bir təbəssümlə:

– Usta, bunlar yal davasıdır. Molla Nəsrəddin yatmışdı, gördü artırmada səsküy qopdu. Molla yorğanına bürünüb artırmaya çıxan kimi səs-küy kəsildi. Qayıtdı gəldi. Yorğanı yox idi. Arvadı soruşdu ki, a molla, o nə səs-küy idi? Dedi: arvad, bütün səs-küy mənim yorğanımın başında imiş: aldılar, dincəldilər... Indi, usta, dünyanın qilü-qalı yorğan üstədir. Indiyə qədər Gəncə İrakli xan ilə İbrahim xana bac verirdi.

İndi Məmməd xan şabalıda dönüb, yağ vermir...
Qoşun keçib getdi, arxasınca da bir sürü uşaq və gözü yaşlı qadın toz qopararaq
yürüyürdü.
Kazım ilə Allahqulu karxananın həyətinə girdilər. Orda-burda şəlitlərə əlvan rəngli
darayılar sərilib, qurudulurdu. Darayıların aşağılarından damcılayan rəngli sudan gölməçələr
əmələ gəlmişdi. Bir tərəfdə toyuq-xoruz tozda eşələnirdi. Darvazaya yaxın bir gavalı ağacı
vardı. Ustalar əllərini yuyub gavalı ağacının altına salınmış həsirin üstündə əyləşdilər. Hava
isti idi. Səhər küləyi belə əsməyirdi. Göydə üzən ağ bir bulud parçası gümüş kimi parlayırdı.
Kazım buluda baxıb, tənbəl bir səslə:
– Yaman quraqlıq keçir, – dedi. – Belə olsa taxıl yanıb korlanacaq.
Allah rəhm eləsin!
– Mollalar Daşoxunana gedib, daşa dua oxuyub bir suya salseydilər...
Yadımdadır, bir dəfə getmişdilər. Elə yağış yağdı ki, islanmış cücə kimi qayıtdılar.
Şagirdlərdən biri sinidə iki sac əppəyi, bir az motal pendiri, iki fincan da quluncan çayı
gətirdi, ustaların yanına qoydu. “Bismillah” çəkib, yeməyə başladılar. Lığırsa33çörəyi
iştahsız çeynəyərək arabir

danışır, qırıq-qırıq fikirlər və mülahizələr yürüdürdülər. Bir az əmtəələrini satdıqları tacirin bədxahlığından danışdılar, sonra ticarətin dayandığından bir az şikayətləndilər. Axırda yenə dava məsələsinə keçdilər. Allahqulu yenə yavaş səslə:

– Axı, alış-veriş başına nə kül töksün, mal gərək su kimi axsın ki, qazanc olsun. Karvan gedir, yolda qaçaq-quldur qabağını kəsir; hansı xanın mülkündən keçir, torpaqbasdı alırlar... Alış-verişçiyə tobalatma verirlər. Bax, bizim ermənilər urus toprağına qaçmışlar. O günü birisi Qızlar şəhərindən gəlmişdi, deyir, hamısı dövlətli olub gediblər. Çaxırçılar var ki, qızılı kürəklə kürəyirlər... Burda heç belə iş olarmı, o saat tutub əlindən alarlar...

Allahqulunun qaşları yuxarı qalxmışdı, üzündə dərin bir narazılıq ifadəsi vardı.

Kazım böyük bir etiqadla:

– Ay Allahqulu, – dedi, – dünya malından çox danışırsan, neynirsən, goruna aparmayacaqsan ki... Sərmayeyi tu dər in cahan yek kəfən əst – ura ki, güman nist, bəri ya nə bəri34. Ay usta dövlətin də dövlət dərdi var, dünyada dərdsiz İnsan yoxdur! Azacıq aşım, ağrımaz başım – hamısından yaxşıdır: beş gün dünyanı birtəhər yola ver, get... Bizim şair yaxşı deyib:

Dər hər kəsi ke, nim nanı darəd,
Əz bəhre nişəst asetani darəd,
Nə xademe kəs bovəd, nə məxdume kəsi
Guşad bezi ke, xoş cihani darəd.41

Kazım fəlsəfəsinə məftun olduğu bu şeri Allahquluya tərcümə elədi, çox doğru olduğunu nə qədər iddia etdisə də, Allahqulunu qane edə bilmədi. Çünki Allahqulunun özünün müəyyən həyat planı vardı: o, bir gün imkan tapıb, dövlət, mal sahibi olacağına inanırdı. Bilirdi ki,

Xəyyamın bu rübasini prof. Əkrəm Cəfər tərcümə etmişdir (Red.).

onun ibtidai halda, min əziyyətlə vücuda gətirdiyi əmtəəni rus toprağında maşın qayırır, özü də onunkundan ucuz, onunkundan qat-qat da yaxşı olur. Belə bir maşın malını gətirib, buralarda satmaq, əvəzində bura mətaını rus toprağına aparmaq Allahqulunun başlıca arzularından biri idi.

Bu əsnada Şişənin Gəncə qapısından çıxan qoşun yavaş-yavaş uzanaraq dağlıq yolları və dərələri doldururdu. Qoşunun önündə İbrahim xan, sol tərəfində Vaqif və ətraflarında xanzadələrin bəzisi və sərkərdələr gedirdi. Çoxdan səfərə çıxmamış atlar yüyəni gəmirirdilər.

15

Səfər xanın qərarını bilər-bilməz yola düşdü. Qarabağ hüdudu sayılan Kür çayını keçib Şirvan torpağında bir kənddə gecələdi. Orada təsadüfən Fətəli xanın zülmündən qaçmış bir kəndliyə rast gəldi.

Onunla dostlaşdı və Quba xanlığı sərhədinə qədər ona bələdçilik eləməsini rica etdi. Kəndli razı oldu, atları minib yola düşdülər. Yolda gecələdikləri yerlərdə yeni-yeni adamlara rast gəlib xəbər tutdular.

Nəhayət, gəlib hüduda yetişdilər. Kəndli irəlidəki yolları və kəndləri soraq verib qayıtdı. Səfər isə yaxın bir obada düşüb qaldı. O burada xan ilxısının dağa aparıldığını öyrəndi. Dürüst məlumat topladıqdan sonra yenə yoluna davam etdi. Nəhayət, bir axşam çağı gəlib Miraxurun düşərgəsinə çıxdı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Mirzə Fətəlinin əsərləri başqa dillərdə

MİRZƏ FƏTƏLİNİN ƏSƏRLƏRİ BAŞQA DİLLƏRDƏ*Şərqin XIX əsr müəlliflərindən Avropada ən çox tanınanı, heç şübhəsiz ki, Mirzə Fətəli Axundovdur. Bir çox müstəşriqlər Mirzə Fətəlinin əsərlərinin tədqiqi və tərcüməsi ilə məşğul olmuşlar. Ilk əvvəl Mirzə Cəfərin farscaya tərcümə etdiyi nüsxə Avropada 1859-cu ildə Tiflisdə basılan türkcə nüsxəsindən əvvəl məşhur olmuşdur.

4 min
Fransa mütəfəkkiri Mirzə Fətəli haqqında

FRANSA MÜTƏFƏKKİRİ MİRZƏ FƏTƏLİ HAQQINDA*(Mirzə Fətəli Axundzadənin Alfons Siylyer tərəfindən tərcümə edilmiş iki türk komediyası, Paris, 1888).

6 min
Əcəmilik möhürü və onunla mübarizə

ƏCƏMİLİK MÖHÜRÜ VƏ ONUNLA MÜBARİZƏ*Azərbaycan türklərinin həyatına ətraflıca nəzər yetirib, bu həyatı qeyritürklərin, məsələn, əvvəlki hallarında qalmış türkmənlərin dolanışığı ilə müqayisə etsək, bu iki tarixə yavuq qövmin arasında böyük bir təfavüt görərik. Bu təfavüt bundan irəli gəlmir ki, biz türkmənlərə münasib mədəni bir tayfayıq – özümüzə məxsus ədəbi dilimiz, ədəbiyyat və musiqimiz mövcuddur: maarif yolunda da onlardan çox-çox irəli gedib məktəb, mətbuat və bir xeyli də mükəmməl təhsil görmüş alimlər yetirmişik. Əsl məsələ bunlardan ibarət deyil, söz ondadır ki, bizim tərz-həyatımıza, adət və ayinlərimizə bir xeyli türklüyə yabançı əməllər qarışıb, möhkəm mövqelər məşğul ediblər. Bu amillər də əlbəttə, tarixi səbəblərdən irəli gəlir. Iran hökmranlığının, əcəm mədəniyyətinin nəticəsi olub. Hansı tərəfdən həyatımıza nəzər yetirsək, adət və ayinlərimizə, milli mədəniyyət məhsullarımıza Iranın qoyduğu fəna izlərə rast gələrik. Hər yeni iş (mədəniyyət ya qeyrimədəniyyət nəticəsi) şəhərlərdə əvvəl baş verdiyinə görə əcəmlik möhürü də kəndlərimizə artıq təsir edə bilməyib şəhərlərimizdə dövran sürməkdədir. Məsələn, arvadların qapanmağını götürək. Çarşab (“çadır-şəb” fars sözüdür) gəzdirmək türkmən elində adət olmayan kimi bizim kəndlərimizdə də və Anadolu göylərində də adət deyil. Şəhərlərimizdə də Iran mədəniyyətinin dövlətindən şədid bir halda yaşamaqdadır. Və hansı möhürlərdə ki, əcəmlik təsiri daha da artıqdır, orada çarşab ilə kifayətlənməyib rübənd də (fars sözüdür) gəzdirirlər. Kəndli türk arvadının açıq gəzməyi, “çadırşəb” və “rübəndin” fars kəlmələri olmağı açıqca isbat edir ki, türklərdə belə adət yox imiş...

7 min
Dil məsələsi

DİL MƏSƏLƏSİ*Dil barəsində arabir yazılır. Hərə ortalığa bir fikir atır, yenə məsələ əvvəlki dairəsində qalır. Camaatımızın anlamadığı, başa düşmədiyi bir dildə yazanların sayı gün-gündən artır. Bircə bunu bilməli ki, bu yazıçıların qəliz ibarələr işlətməkdə fikirləri nədir? Bu məsələ məni artıq dərəcədə həvəsləndirir. Çünki camaatımızın gələcəyi üçün bu da lazımlı və həlli vacib işlərdən biridir. Buna görə qələm sahiblərinə rast gəldikdə bu məsələ barəsində söhbət açıram, rəylərini bilmək istəyirəm.

2 min

Poems by other poets