Page 9 of 10 · 80%

Mariqeri zəhəri mətanətli bir təbəssümlə qarşıladı:

– Heyvanları himayə edərək, İnsanları heyvan şəklinə salan bir həyatı məmnuniyyətlə tərk edirəm! – deyib, zəhəri başına çəkdi.

Bu anda zənci qızı salonun ortasına sıçradı, qabda qalan zəhəri içib, Mariqeriyə sarıldı. Ikisi də birlikdə döşəmənin üzərinə yıxıldı”.

Ərən hekayəsini qurtarıb oturdu. Neylərin yanıqlı səsi hekayədən doğan təsiri bir qat daha dərinləşdirdi.

17

Altıncı pilləyə çıxmaq istədik, yenə ərən durub hekayəyə başladı:

– “Hind diyarında bir kənd varmış. Bu kəndin xalqı buğda əkib, ipək saxlamaqla həyatlarını təmin edərmişlər. Bir il buğda əkilir, yağış olmur, xalq gündə üç dəfə duaya çıxıb, qurbanlar kəsib, allahlardan yardım gözləyirmişlər. Göylər, sanki inad edərək, xalqın duasını eşitməz olur. Brahmaya35müraciət edirlər. Brahma hamını müsəllaya çağırır. Kişi, qadın çoluq-çocuq evləri tərk edərək tarlaya doğru çıxır və duaya başlayırlar.

– Aqni38Indira!33Ritu34! – sizi deyə gəldik. Parlaq və müəzzəm

Aqni, bizi himayə et!

– Indira, ey mütləq padşah, yanımıza gəl, gəl də qurbanımızı qəbul et.

– Ritu, ey fəslin ümidi! Yardımını bizdən əsirgəmə!

– Göylərin yüksəkliyindən baxın, bizi nəzərdən salmayın!

– Pak işıqlı Aqni, müğənnilərin səsi, şairlərin qəsidəsi həp sənə doğru yüksəlir! Gəl də, soma**piyaləsindən dad!

– Indira, səni çağırırıq! İkiatlı altun arabana min, Marutu36da yanında oturt, gəl! Ey soma dostu, gəl də bizi şad et!

– Zəngin və qəvi İndira, tarlalarımızı himayə et, yağışını əsirgəmə!..

– Gəlin, gəlin, ey göylərin ağası, bizi xoşbəxt edin. Gəlin, qurbanımızı qəbul edin! Gəlin bal kimi somamızdan dadın!..

Brahmanın duası da göylərə təsir etmir. Quraqlıq tarlaları xarab etmədə davam edir.

Dəfələrlə müsəllaya çıxılırsa da göydən yerə bir damla belə düşmür. Taxıl yanır, aclıq İnsanları fəlakətə sövq edir. Qış gəlmədən hərə bir tərəfə qaçmağa başlayır. Aclar önünə gələn kəndləri talayaraq, irəliləyir. Başqa yerlərin acları da bunlara qoşulub, böyük bir axın əmələ gətirir.

Artıq İnsanlar bir-birini yeməyə başlayır. Növbə ilə çocuqları kəsməyə dururlar. Bir dul qadının doqquz yaşında yeganə bir oğlu var imiş. Bir gün sonra kəsilmək növbətinin oğluna gəlməsini duyaraq, çarələr aramağa başlayır. Nəhayət, gecənin bir yarısı oğlunu bir ağac üzərinə mindirib, Qanq çayına atır:

– Oğlum, Qatama, – deyir, – ana üçün ən böyük dəhşət övladının kəsilməsini görməkdir. Get, səni Maruta tapşırıram. Başına bir iş də gəlsə, qoy məndən uzaqda gəlsin. Səni aclıq içində böyütdüm, südümü səndən əsirgəmədim!.. Parlaq Aqni də himayəsini səndən əsirgəməsin!

Ananı unutma! Atandan yadigar olaraq, bir bazubənd qalmışdı, qoluna bağlamışam. Ananı könlün istədikdə qoxusunu ondan al!..

Çocuğun bağırtısı ananın seyhələrinə qarışdı. “Ana!” – deyə hayqıran körpəni su götürdü; qoca Qanqın kənarı göz yaşları ilə islandı...

Iki gündən sonra çocuğun mindiyi ağac bir lilliyə çıxaraq dayandı.

Suya gələn bir qoca bunu görərək, çocuğu açıb kənara çıxartdı. Burada qırx çılpaq kişi oturmuşdu. Çocuğu aralarına alıb yedirib-içirdilər.

Sonra ona bir-bir sual verməyə başladılar:

– Dünyada ən böyük nədir? – deyə biri sordu.

Çocuq:

– Aqnidir, – dedi.

Qırxlar bir yerdə:

– Fəqir onu inkar edər, – dedilər. Bir ayrısı:

– İnsan üçün ən zəruri nədir? – deyə sordu. Çocuq:

– Yemək, su və hava! – deyə cavab verdi. Qırxlar yenə bir yerdə:

– Fəqir onu inkar edər, – dedilər.

– Dünyada ən böyük rəhbər kimdir?

– Brahma!

– Fəqir onu inkar edər!..

– İnsanlara kim hökm edər?

– Padşah.

– Fəqir onu inkar edər!..

Xülasə, çocuq mühitində böyük deyə eşitdiyi amilləri fəqirlər inkar etdilər. Nəhayət, fəqirlərdən biri ona:

– Bədənə kim hakimdir? – deyə bir sual da verdi. Çocuq çox düşünmədən:

– Baş, – dedi.

Fəqirlər başlarını bədənlərindən ayırıb, yerə atdılar. hər bir baş bir tərəfə düşərək:

– Fəqir onu inkar edər! – deyə bağırdı.

Çocuq bu mənzərədən dəhşətlənib ağladı. Başlar haman yerdən qalxaraq, bədənlərə qovuşdu. Fəqirlər çocuğun gözlərini silib, onu sakit etdilər.

Nahar vaxtı fəqirlər durub yanlarındakı meşəyə gedib, hərəsi oradan bir ilan gətirdi. Ilanın bir qarış başından, bir qarış quyruğundan kəsib yedilər. Yeməyi bitirən kimi hərəsi uçub bir ağacın başına qondu.

Çocuq yenə qorxub ağladı. Fəqirlər haman döndülər, onun gözlərini silib, yenə sakit etdilər... Bu əsnada Ceyniz qolumu sıxaraq:

– Bu ərən də bizi xam ələ salmış: adam da uçarmı? – deyə qulağıma pıçıldadı. Istehzalı təbəssümumü güclə gizlədim. Ərən nağılına davam edirdi:... Ay ötdü, il dolandı, çocuq fəqirlərin tühaf hərəkətlərinə alışdı. Fəqirlər də onu yapdıqları sehrin sirrinə vaqif etdilər... Qatama bir neçə il burada qalıb, tam bir sehr ustası oldu.

Bir gün Qatama qolundakı bazubəndə baxaraq, anasını xatırladı. Dərdini fəqirlərə söyləyərək onları tərk etdi. Qanqın şimalına doğru yürüyərək hər yerdə sehr göstərib, yeməyini təmin edirdi. Nəhayət, gəlib bir kəndə çıxdı. Xalq fəqir gəlməsini duyaraq ətrafına toplandı.

Qatama xalqa cürbəcür sehrlər göstərdi. Əvvəl başını çıxardıb yerə atdı.

Sonra qolunun birini qoparıb, bir qadına uzatdı. Qadın Qatamanın qolundakı bazubəndi görcək qışqırıb bayıldı. Qatama qadına yaxınlaşıb, onu diqqətlə süzdü. Birdən:

– Ana! – deyə bağırdı.

Bir dəqiqə sonra ana və oğul bir-birinə sarılıb, sevinc yaşları axıtdılar.

18

Son pilləyə çıxmaq lazım idi. Ney səsi kəsilər-kəsilməz yeddinci ərən yerindən qalxıb:

– Dur! – dedi, durduq.

– Dur! Ərənlərin son hekayəsini dinlə! Ərən hekayəsini başladı.

– “Atinada zənginliyi ilə məşhur olmuş Nestor gümüş mədənlərini dolaşmağa başlamışdı. Son zamanlar məmləkətin varidatı məsələləri dövlət adamlarını çox məşğul etmədə idi; gümüş də ölkə gəlirləri arasında mühüm bir yer tuturdu. Nestor da təcrübəli bir tacir olduğu üçün məsələni anlamış və xüsusi mədənlərinə olan diqqətini bir qat daha artırmışdı. Lakin mədənlərin övzaından çox da məmnun deyildi: əvvələn, mədəndə işləyən qulların sayı az idi; ikinci, keyfiyyət etibarilə qulların gördükləri iş də əməli bir nəticəyə varmırdı. Hər yerdə tənbəllik və saxtalıq görünürdü.

Nestor qullarını qorxutmaq üçün dolaşdığı yerlərdə onların bir neçəsini döydürməyi adət etmişdi. Bu dəfə də çox adam döydürdü.

Lakin indiyə qədər qullar arasında təsadüf etmədiyi bir simaya rast gəldi. Filip adlı birisi döyüldükcə Nestoru və eyni zamanda hökuməti söymək cəsarətində bulundu.

Nestor mədənləri ağır hisslərlə tərk etdi. Atinaya döndükdə qul bazarına gəldi. Dəllallar bazara çox qul gətirmişdilər. Bunların içindəhər qisim adamlar var idi: iri gözlü, qıvrım saqqallı assurilər; çil sifətli, ətli burunlu israillilər; kübar, simalı midiyalılar, qıyqac gözlü iskitlər, zəncilər, əlvan geyimli Kapadosya, Lidiya və ada xalqları nəzəri cəlb edirdi. Satışa qoyulanlar arasında cürbəcür yaşlı qızlar da az deyildi.

Çox müştəri olmadığı üçün Nestor qulların bu günkü qiymətlərini əlverişli bulub, iyirmi beş dənəsini aldı və çələklətdirib, çodarların birisi ilə mədənə göndərdi.

Nestor Misirdən gələcək bir gəmi haqqında məlumat almaq üçün sahilə enmək istədi, bir də o günü evində ziyafət olacağını xatırlayıb, geri döndü.

Nestor yeni tikdirdiyi evini süsləndirmək, əlavə olaraq, şöhrətini artırmaq üçün özünün ağ mərmərdən heykəlini yapdırırdı. Gündə bir saat məşhur heykəltəraş Alqamenin önündə poza almaq icab edirdi.

Ziyafət vaxtına qədər bu vəzifəni də görə biləcəyini hesablayıb, Alqamenin evinə getdi. Ancaq hesabı düz çıxmadı, Alqamen onu bir az artıq ləngitdi. Evə gəldikdə bütün qonaqlarını orada gördü. Üzr istəyib hinekeyə37 keçdi və yemək verilməsini əmr etdi. Haman qullar xörəkləri müsafir otağına daşımağa başladılar.

Bəzi Atina filosof, şair və həkimləri burada idi. Ziyafət başlandı. Əlvan yeməklər bitdikdən sonra allahlara və milli qəhrəmanlara dua oxundu. Sonra qonaqların başına çiçək çələnglər taxılıb, içkiyə başlandı.

İncə vazlarda şərablar gətirildi. Içəri əlində setar†gözəl bir qız girdi. Zərif paltarı bütün vücudunu əks etdirirdi. Bunu mütəaqib gözəl üzlü, qəvi əndamlı gənc bir oğlan da gəldi. Oğlanın əlində ney var idi.

Çalğı və rəqs başlandı. Şərab nəşəsi musiqi ahənginə qarışaraq gənc çalğıçıların ətrafında cazibəli bir hayilə təşkil etdi; qonaqlar Erosdan39ilham almağa başladılar. başladılar. Anakreon məst bir halda yanındakı Fedrə:

– Dostum, – dedi, – fikrimdə yanılmıram, zənnindəyəm. Yaradılışda ən əzəli qüvvə eşqdir. Eros allahların ən qədimi, ən gənci və ən parlağıdır. Zevs haqqı, Zevsdən daha yüksəkdir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets