Xoş gəlmisən, əlli yaşım,Kiminə çox görünən,Kiminə az görünən,Özümə təsəlli yaşım.

Gözümü yumub açdım,Ötüb keçdi dəli yaşım.Yoruldu tufanlı yaşım,Duruldu selli yaşım.

Yerdə ayaq tutan kimi,Bu dağ mənim, o dağ sənin.Yeridi ayaqlı yaşım,Dünyanın gün yumağındanBir sapı ağ, biri qara,Ömür hördü əlli yaşım.

Gündə düyün vura-vura,Sağ əl solu tələsdirib,Sol əl sağı tələsdirib.Ömrümə də tələs deyib,İndi yaşı bəlli yaşım.

Gəldi ömrün xəzan fəsli,Harda qaldı yaşıl yaşım,O çiçəkli-güllü yaşım?!Bundan o yana başlayırMənim uşaq dilli yaşım.

Ana yurda səpələnibAranlı-dağlı günlərim.Yollara tökülü yaşım,Kəndçi yaşım, çöllü yaşım.

Bir zaman işıqçı olub,Yaşanıb şəhərli yaşım.Lap zülmətin özünə dəİşıq çəkib telli yaşım.

Bir zaman müəllim olub,Balalara dil öyrədib.Nağıllı, bayatılı,İsimli, felli yaşım.

Söz gəzirəm özüm indi,Söz seçirəm söz içindən.Dağa-daşa salıb məni,İndi də şeirli yaşım.

Bakı, 1980

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets