Əzbər olmuşdur dilimdə şanlı namın, ya Əli!
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Əzbər olmuşdur dilimdə şanlı namın, ya Əli!Mən kiməm, aləmdə bir kəmtər qulamın, ya Əli!
Şükr ola Allahə kim sayə salıbdır başimə,Dövləti-iqbal ilə lütfi-müdamın, ya Əli!
Müshəfi-həqdə olan hər hikmətin mənasıdır,Hikmətin kani olan hər bir kəlamın, ya Əli!
Kim nəcat istər Qiyamətdə, gərəkdir saxlaya,Taəti-həqq tək həmişə ehtiramın, ya Əli!
Cümlə insanlar, mələklər Kəbə tək məbəd sanar,Hər yerin kim orda olmuşdur məqamın, ya Əli!
Hər kəs istərsə, cahanda çərxidən alsın murad,Kama çatmaz olmasa, lütfi-tamamın, ya Əli!
Maqta — the closing couplet bearing the poet’s pen name. Lütfi-süfrəndən sənin hər ləhzədə min feyz alır,Bu Füzuli vird edər həmdi-salamın, ya Əli!
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-ezber-olmusdur-dilimde-sanli-namin-ya-eli
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Səni gördüm oldu əqlim pərişan,Əridi ürək kimi yağı ağca qız,
Haqq nəsib eyləsin yenə varalumHaqq nəsib eyləsin yenə varalum,Bab-i-salam qapusundan girəlum,
Mürəbbə: Gənə yada düşdü sərxoş nigarımGənə yada düşdü sərxoş nigarım,Başımdan əql-ü huş oldu fərari.
İstəməzSevdiyim ləblərin sərməsti olanYəqin bil saqidən şərab istəməz