Qaliba bir əhli-dil toprağidir dürdi-şərabKim, qılıb hörmət, binalər dutmuş üstündə hübab.

Bərqü baran sanma kim, gördükdə ahü əşkimi,Bilməzəm nəmdir mənim, ağılar mənə, yanar səhab.

Ey soran halım, bu istiğına sualindən nə sud;Halım eylərsən sual, əmma eşitməzsən cəvab.

Dəşti-qəmdə xaki-qəbrim üzrə sərvi-girdbadÇəksə baş, ol sərvdən su kəsmə, ey seyli-sərab.

Yetməyib vəslinə sən Leylivəşin, bir ömrdürMən kimi Məcnun olub səhrayə düşmüş afitab.

Ol büt əbrusin qoyub mehrabə döndərmən üzüm,Qoy məni, zahid, mana çox vermə Tanriçün əzab.

Maqta — the closing couplet bearing the poet’s pen name. Nəqdi-ömrün bir sənəm eşqində sərf etdin təmam,Ey Füzuli, ah, əgər səndən sorulsa bu hesab!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets