دلی دارم پر از خون چون صراحی از غم عالمحریفی کو که پیش او دلی خالی کنم یکدم

غمی دارم که گر میرم ز خاکم سر زند سبزهبصد فیض بهاران سبزه مشکل گر شود خرم

ملال خاطرم زایل نمی گردد اگر جمشیدشود ساقی دهد می بهر دفع آن ز جام جم

مزاج شمع دارم نیستم بی گریه و سوزیحیات من دلی پر آتش است و دیده پر نم

نپرسد کس ز درد بی حد و حال بدم چون هستبیان حال و شرح درد من بیرون ز کیف کم

ز سودای سر زلف بتان باشد سرم خالیمرا حالیست در قید خرد آشفته و در هم

صفا در عاشقان زنده دل می باشد ای عارفکسی کو مرده ای در خانه دارد نیست بی ماتم

دلی مجروح دارم لیک باکی نیست چون داردجراحتهای دل از ذکر شاه اولیا مرهم

زهی سلطان عالی قدر عادل دل که در خلقتبذات اوست فخر فرقه نسل بنی آدم

ظهور نور پاکش ناسخ دین مسیحا شدبدور فیض بخش او نزد کس از مسیحا دم

دم جان بخش او جان می دهد صد چون مسیحا رابدین اقرار دارد زنده گر باشد مسیحا هم

دو دم را تیغ خونریزش دمادم کار فرمودهولی از روی معجز کرده رنگی کار در هر دم

در افشای حقیقت ریخته خون منافق رادر احیای شریعت کرده کار عیسی مریم

پناه آورد بر قرب جوارش تا طفیل اوبجنت بار یابد رانده چوب عصا آدم

چو صندوق مزارش زورقی با نوح پیدا کردز طوفان حوادث بر دلش بنشست گرد غم

امیرالمؤمنین حیدر علی ابن ابی طالبز هر فاضل بفضل افضل زهر عالم بعلم اعلم

زهی فیض وجودت مدعا از خلقت هستیبنای هستیش را رتبه تقدیم بر عالم

اگر سر رشته مهرت نبودی در کف دورانفرو می ریخت نظم هستی این سلسله از هم

تو بودی صاحب معراج را مونس چه غم داردکسی کو را چراغ ره تو باشی در شب مظلم

تویی بر انس و جن از یمن قرب مصطفی حاکمترا زیبد سلیمانی که داری آنچنان خاتم

پیمبر پایه معراج فضل وحی قرب حقهمه دارد چنان نبود که دارد چون تویی بن عم

خدا را از ظهور خلقت اشیا تویی مقصدنبی را در حریم قرب او ادنی تویی محرم

نشیمن طایر قدر ترا جایست کز قربشادب دادست مرغ روح جبریل امین خاتم

به اعجاز نبوت می شکافد بحر را موسیولی پیش تو حکم قطره دارد با وجود یم

تویی کامل بدانش هیچ نقصی نیست ذاتتراکه در وصف کمالت می تواند گفت لفظ کم

بمیدان ولایت چون بجولان آوری دلدلبگردد کی رسد صد همچو ابراهیم را ادهم

شها شفقت شعارا با وجود همتت حاشاکه قد همتم گردد ز بار محنت کس خم

ترا مداحم و کافیست بر من التفات از توثنای کس نمی گویم عطای کس نمی جویم

اگر از غیر تو رسم سخا جویم نیم مؤمنبود گر آن سخا اموال قارون آن سخی حاتم

الهی آن قناعت بخش و طاقت ده که نزد کسفضولی را نگرداند درین دعوی هوا ملزم

اساس بی نیازی و بنای همتش باشدچو بنیاد وفا از حب شاه اولیا محکم

Dolubdur qanla könlüm, qəm evi olmuş mənə aləm,
Hanı bir öylə həmdəm ki, boşaldam qəlbimi bir dəm.
Qəmim öylə böyükdür kim, göyərsə ot məzarımdan,
Yüz il hər gün bahar olsa, ola bilməz o ot xürrəm.

Könüldən qəmlərim zayil yəqin olmaz əgər Cəmşid
Qəmim dəf’i üçün saqi olarsa əldə cami-Cəm.

Məzacım şəm’ə oxşar, ağlayıb yanmaq şüar etmiş,
Bütün ömrüm boyu qəlbimdə atəş var, gözümdə nəm.

Gözəllər zülfünün sevdasını başdan çıxardım çün,
Ağıl qeydinə əhvalım pərişandır, işim bərhəm.

Səfa könlü diri aşiqlərə qismətdir, ey arif,
Evində hər kəsin varsa ölü, olmuş işi matəm.

Yaram çoxdursa da qəlbimdə, mən bak etmərəm, çünki
Ürək dərdinə olmuş zikri-şahi-övliya məlhəm,

O aliqədr, adil qəlbli sultan ki, xilqətdə,
Onun zatilə fəxr etmiş bu aləmdə bəni-adəm,

Məsiha dini ləğv oldu zühuri-nuri-pakindən,
Tapılmazdı onun dövründə Isadən vuranlar dəm.

Onun can bəxş edən lütfü dirildər yüz Məsihani,
Odur kim, söyləyirlər: ölməmiş sağdır Məsiha həm.

Iki ağzıyla qan tökmüş qılıncı, işləmiş daim,
Vəli, mö’cüz üzündən başqa iş tutmuş özü ol dəm,

Töküb müşriklərin qanini, həqqi eyləmiş zahir,
Diriltmiş şər’i-həqqi, sanki olmuş Isiyi-Məryəm.

Ağac zərbiylə ol dəm ki, qovuldu baği-cənnətdən,
Onun dərgahinə ancaq sığındı həzrəti-Adəm,

Qayıq tək qəbrinin sənduqi üzmüş Nuhidən əvvəl
Odur kim, qopsa yüz tufan qəlbində görünməz qəm.
Əmirəl-Mö’minin Heydər Əli ibni Əbü Talib
Ki, hər fazildən əfzəlsən və hər bir elmdə ə’ləm.

Ümuri xilqətə bais sənin feyzi-vücudundur,
Bu aləm varlığından çün tutulmuş varlığın əqdəm.

Məhəbbət tellərinlə olmasaydı bağlı bu dövran,
Olardı aləmin nəzmi qırıq zəncir tək bərhəm.

Sən oldun sahibi-me’racə munis, qəm yeməz ol kəs
Ki, nur saçmış qaranlıqda yoluna sən kimi bir şəm.

Vəsiyyi-Müstəfasən, oldur insü cinnə hakimsən,
Süleymani-zəmansan kim, varındır bir belə xatəm.

Məhəmməd sahibi-me’racü fəzlü vəhyü qürb olmuş,
Əmoğlumdur – deyə, fəxr eyləmiş bu şə’n ilə bahəm.

Xudanın xilqəti-əşya işində məqsədi sənsən,
Hərami-qürbi-ov ədnadə həm Peyğəmbərə məhrəm.

Sənin hörmət quşun ol yerdə sakindir ki, qürbündən
Ədəb gözlər o yerdən Cəbrəilin ruhu də hər dəm.

Peyğəmbərdir – deyə, mö’cüzlə dəryani yaran Musa,
Sənin qarşında Musanın özü bir qətrədəndir kəm.

Sənin zatında nöqsan yoxdur, hər bir elmə vaqifsən.
Kəmalın vəsfini sözlə necə irad edər adəm?

Gətirsən Düldülü cövlanə meydani-vilayətdə,
Izin tapmaz, tozun görməz yüz Ibrahim, yüz Ədhəm.

Mənim şəfqətli sultanim, bu hümmətlə rəva görmə
Ki, qəddim bir kəsin minnət yükü altında olsun xəm.

Sənin məddahinəm, təkcə sənin yükün kifayətdir,
Nə bir kəsdən təmənnam var, nə də bir şəxsə məddahəm.
Səxavət gözləsəm bir başqasından yansın imanım,
Ətasi gənci-Qarun olsa da, sahib səxa-Hatəm.

Füzuli daima istər qənaət eyləsin pişə,
Ilahi, bəxş qıl taqət bu niyyətdə ona sən həm.

Onun qəlbində şahi-övliyanın mehri möhkəmdir,
Xilas et ehtiyac dərdindən, olsun hümməti möhkəm.


Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Praise