به جان دور از تو ای شمع از غم شبهای تارم من
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
به جان دور از تو ای شمع از غم شبهای تارم منمرا شب گشت از غم چند شب را زنده دارم من
Sənin hicrində, ey şəmim, düşüb zülmatə, zarəm mən,Keçir hər bir gecəm qəmlə, həmişə biqərarəm mən.
مقیم گوشهٔ تنهاییم، کارم فغان کردنچه حالست این که دارم؟ در کجایم؟ در چه کارم من؟
Qalıb bir guşədə tənha, işimdir naləvü fəryad,Qəribə halətə düşdüm, əcəb dərdə düçarəm mən.
ترا منع از رخ او کردهام ای مردمِ دیدهبه رویت چون گشایم چشم؟ از تو شرمسارم من
Səni, ey gözlərim, mən’ etmişəm cananə baxmaqdan,Sənə baxmaq deyil mümkün ki, səndən şərmsarəm mən.
نشد زایل ز من آن بیقراری در غمِ عشقتغم عشق تو شد افزون ولی در یک قرارم من
Qəmi-eşqində, ey zalim, olurmu dərdlərim zail?Qəmi-eşqin hər an artır, halımda bərqərarəm mən.
گر از نظارهام بد میبری مگشا نقاب از رخچه سود از منع من در دیدنت بیاختیارم من
Məni sən bədnəzər bilsən, niqabı açma heç üzdən,Məni baxmaqda mən’ etmə, buna biixtiyarəm mən.
ز حالم مردم صاحبنظر دارند آگاهیچه میدانند بیدردان خراب چشم یارم من
Gərəkdir hali-zarimdən xəbər əhli-nəzər tutsun,Nə bilsin dərdsiz insanlar ki, məsti-çeşmi-yarəm mən.
Maqta — the closing couplet bearing the poet’s pen name. به آب دیده تسکین حرارت چون دهم خود رافضولی کشتهٔ لعلِ بُتانِ گلعذارم من
Maqta — the closing couplet bearing the poet’s pen name. Füzuli, göz yaşıyla heç olarmı dərdə təskinlik?Gözəllər ləblərindən kam alarsam, bəxtiyarəm mən.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-qezel-335
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Ey ağalar, mən bu dərdə düşməzdimMəni dərdə saldı bu Leyli Leyli
YadigarSallanıb-sallanıb naz ilən gedən,Yarəb, bilmənəm kimin nazlı yarıdır,
Ey sərvi-səhi, sən gələli seyr ilə bağəEy sərvi-səhi, sen gələli seyr ilə bağəSər çəkmədi ər-ər,
Saqiya, bir şur ilən gəl, şurləndir məclisiSaqiya, bir şur ilən gəl, şurləndir məclisi,Bu xumarı rəf edib məxmurləndir məclisi.