Müharibə mənzərələrindən

Uxalmış göyə yerdən əhəngi-cəng,Səmavatə bəxş eyləyir rəng cəng.

Raket pərtövəndazi-afaq olur,Parıldar, ziyasazi-afaq olur.

Göyün ulduzundan daha şəbfüruz,Atıldıqca olmaqdadır leyl ruz.

Onun arxasınca qiyamətnümunCəhənnəm saçar əjdərani-fünun.

Bu toplar atıldıqca fövqəttürab,Hava atəşə eyləyir inqilab.

Sütunlar nümayan olur od kimi,Deşirlərdi, guya ki, qəlbi-şəbi.

Gəhi od, alovlar nümudar olur,Gəhi üfq mir'ati-ənvar olur.

Nə hikmətli şeydir bu atəşfəşan,Gecə gündüz olmuş günəş doğmadan.

Bu bir cəngdir cəngi-fövqəlxəyal,Top atəşzəbandır, təbiət də lal.

Əgər varsa göylərdə müdrik diri,Təməşayə çıxmış deməkdir yeri.

Fəsahət bugün top sədasındadır,Zəfər elmü fənnin ziyasındadır.

Bəlağət qılınclarda, xəncərdədir,Təlaqət ləbi-tiği...

Dələn sözdür, iştə, tüfəngin sözü,Nasıl odludur, bax da, cəngin sözü!

Kəsən söz süyufun dəhanındadır,Miləl sanki son imtahanındadır.

Əvət, odlu topdur ki, əhənvücud,Bu atəş hüzurunda haq zisücud.

Demək, haqdır atəşpərəstan rəhi,Pərəstişgəh etmiş də atəşgəhi.

Cəhənnəm bu gün hakimi-xakdan,Yarın bəlkə cənnət olur hökmran.

Zəfər, qalibiyyət bu gündə tamamOdur qüvvətindədürür, vəssalam!

Deyildir bu qövğayi-Turanzəmin,Bu cəngi-fünundur, cəhimafərin.

Deyildir bu qövğayi-Əfrasiyab,Bu bir cəngdir, cəngi-aləmxərab.

Bunu görməmiş Rüstəmi-filtən.Bu bir cəngdir, meyveyi-elmü fən.

Deyildir bu qövğayi-divi-səfid,Topun səsləri der ki, “həl min məzid”.

Xəyalatdır əjdəri-həftsər,Həqiqət odur tupi-dəhşətəsər.

Yaxar varlığı, yoxluq icad edər,Həyatı yıxar, mövti abad edər.

Məzarın səsi yoxmudur? Dinlə, var.Topun səsləri həp sədayi-məzar.

Nə səslərdir, o, mövti-əhmərmidir –Və ya inki avazi-məqbərmidir?

Ləhim düzəxəfşanıdır toplarınSəsi matəm e'lan edər topların.

Yenə əski tərzindədir kainat,Yenə köhnə xislətdədir zihəyat.

Təbii, demək, hərbü zəri-bəşər.Bəşər, yə'ni dünyadə xəllaqi-şər.

Təbii deməkdir vuruş xakdə,Dənizdə, həvalərdə, əflakdə.

Nə yerdə yeri varsa, vardır cidal,Cahanlar bütün səhneyi-ixtilal.

Deyil ixtilal aləmi bir türab,Əvalim bütün saheyi-inqilab.

Qəvi acizi eyləyir payimal,Həqiqət budur, başqa sözlər xəyal.

Zəfəryab olan ali, məğlub dun,Gülər qalibin çeşmi, ağlar zəbun.

Yıxılmışda qəm var, yıxanda sürur,Yaşar vəchi-aləmdə zilli-qürur.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets