Sənsizəm
Bağa girdim, qəlbim açılmadı,Çəmənə üz qoydum, ətir saçılmadı.Yola çıxdım, yollar uzandı,Göz dikdim ulduzlara,Gözlərimdə alışıb yandı.Dənizlərə, çaylara atıldım,Sular qılınctək kəsdi,Dərdimi küləklərlə bölüşdüm,Küləklər canımda əsdi.Sənsizəm, sənsiz,Gözəlliyini itirir meşələr, çaylar,Yaraşığını itirir dəniz.Solur gözlərimdə çəmən,Sənsiz olanda dəyişirəm mən.
Al şəfəqli səhərlərim,Aylı, ulduzlu gecələrim,Qəlbimi yaşadan düşüncələrim,Həmişə uçan,Dişi ilə, dırnağı iləGələcəyə yol açanArzularım,Ümidlərim,Nələrim,NələrimYaşayır hələ,Qanım istidir,Gənclik, həyat eşqiQəlbimi bir an tərk etməmiş belə.Üzümü səhərlərŞehli otlara sürtürəm.Güllərin rayihəsi,Quşların ürək açan səsi,Dənizlərin həyat nəfəsi,Arzularıma verir qanad.Baxıram, necə gözəldir həyat!Ulduzlar yanır səmalarda gecələr,Otağıma boylanır pəncərəmdənDan ulduzu hər səhər,Gündüzlərim parlaq,Sevinirəm, sərvətə, şöhrətəOlmadım oyuncaq.Küləklərə qoşuram səsimi,Heç nə öldürə bilməmişHəyata həvəsimi.Torpaq mənə qarşı əliaçıq,Səma ürəyiaçıqdır.Dostlar mənə mehriban,Ağır olsa da hicran,Fərqi yoxdur,Öz aləmim var mənim,Zəngin, mənalı bir dünyam,Şeir aləmim,O, özü bir cahandır, cahan,Uzaqdır hər cür riyadan.
Kitabxana.az · https://kitabxana.az/en/works/hekime-billuri-sensizem
Use ← → keys to move, R for a random poem
More by this author
Sən ey sərxoş xain yaxşı bir dayan,Tutacaq ədalət sənə bir divan!
Hər kəsin həyatda bir diləyi varNələr düşünürəm, nələr anıram?Nədir cəlb eləyən fikrimi bu an?
Olacaq ölkəmiz yenə gülşənQızarar gül kimi şəfəq bir günAlar əflak onda nurü-ziya.
Timsahın göz yaşları1945-ci ildə Cənubi Azərbaycanda Milli hökumət qurulmuşdu. Bir il sonra, həmən gündə İranın irticaçı qoşunu Cənubi Azərbaycana hücum edib orada Milli hökuməti dağıtmış, qəhrəman ana və bacılarımızı öldürmüşdü. Xalqımız hər il “21 Azər” gününü ən böyük bayram kimi, İran hökuməti isə bu günü “Qələbə” günü kimi qeyd edib, “şəhidlərini” yad edir.*Qatil öldürdüyünə oturub ağlayarmış,
Poems by other poets · Nature and spring
Götür saqi, meyi-gülfami, doldur cami-zərrinə,Əlimdən dut, amandur, qərq oldum qüssə bəhrinə.
Bu yerlərƏzəldə sultan yeridir bu yerlər,Qeysər ü xaqan yeridir bu yerlər,
Görüşə gələnlərəGörüşə gələnlərə,Gül görüb gülənlərə,
Kürə yağış yağırdıGünəş batırdı Kürdə,Durmuşdum sahildə mən.