Bir dəfə yaradıb yaradan bizi,Bir gedən bir daha qayıdan deyil.Gəlin əzizləyək bir-birimizi,Heyif o kəslərə mehriban deyil.

Yaxşını, yamanı dərk et dərindən,Necə ki, ad batıb, üz qaralmayıb.İsti nəfəsini istiyə qat sən,Nə qədər ocaqda köz qaralmayıb.

Bağın bağ, çəmənin çəmən istəyi,Hər qızıl çiçək də bir qızıl ürək.Dağda daşa dönmüş dağlı ürəyi,Daşa da əlini ehtiyatla çək.

Ulu babaları yada salın bir,Sınaqlardan keçib nəsillərimiz.Toxunan olmaya qəlbə, yaş gəlir,Yüzdə də diz çöküb əyilmərik biz.

Bir soyuq bağışla, bir əyri gözlə,Başına qar-qırov ələnib gedər.Bir şirin söhbətlə, bir dadlı sözlə,Candan can ağrısı silinib gedər.

Yaşarıq əbədi qayğıya möhtac,Sevinclə, fərəhlə ucalır insan.Torpaqda kökündən quruyur ağac,Həyatda ürəkdən qocalır insan.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring