Page 1 of 2

İmran bir yerdə durub dincəlmirdi. Neçə gündən bəri ata da rahatlıq vermirdi. Özü də sınıxmışdı. Anasının deyınməsinə baxmayaraq üç gecə idi ki, evə getmirdi. Gündüzlər sahələri gəzib səpinə nəzarət edir, axşamlar tarla düşərgələrindən birində, traktorçuların yanında qalırdı.

O, traktorçuların qaladığı ocağın qırağında oturur, onlarla çörək yeyir, gecə yarıya qədər söhbət etdikdən sonra, yalxı palaz üstündə şirin yuxuya gedirdi. Dünən axşam o, Kazımın briqadasında gecələmişdi. Səpin şər qarışana qədər davam etmişdi. Səpilməmiş təkcə Zeynəbin manqasının yeri idi.

İmranın tarla düşərgəsində qalmaq istədiyini görən Zeynəb qızlardan ayrıldı.

"Siz gedin, mən sonra gələrəm" - dedi. İmran onun qəsdən ləngidiyini duydu.

– Sən niyə getmirsən? Yoldaşlarından ayrılma, sonra tək gedə bilməzsən.

– Tək niyə oluram? Yanımda sən boyda kişi var.

– Yaxşı, zarafatı qoy bir yana. Qaranlıq qarışır. Get evə, anama da baş çək.

– Yox, burda qalacam.

İmran tutqun göyə, bir do sonsuz çöllərə baxdı.

– Hava bir təhərdir, soyuq dəyər.

– Heç nə olmaz.

– Qızlar arabaya doluşmuşdular. Sürücü kəndə doğru qanadlanan atları güclə saxlayırdı. Oradan səs gəldi.

– Ay qız, di tez ol.

Zeynəb yavaşca geri döndü. Əvvəl asta-asta yeridi, sonra birdən uşaq kimi götürülüb özünü arabaya yetirdi.

Səhər tezdən isə İmranın başının üstünü kəsdirdi.

Hava yenicə işıqlanırdı. Axşamdan çöllərin üstünə enmiş duman hələ çəkilməmişdi. İmran yorğana bürünüb, düşərgənin qabağındakı otluqda yatmışdı. Üstünə şeh düşmüşdü. Lap tezdən işə başlayan traktorçular aqronomun yorğun olduğunu nəzərə alıb onu oyatmamişdı.

Əlində bağlama, İmranın başı üstündə sakitcə dayanan Zeynəb, onun rarşıltısına qulaq asırdı. İmranın başı sürüşüb otluğa düşmüşdü. Qıvrım saçları daha da pırpızlanmışdı. O, yorğanın altında yumaq kimi büzüşmüşdü. Deyəsən, üşüyürdü. Zeynəb yavaşca aşağı əyildi. Bağlamanı yerə qoydu. İmranın başını qaldırmaq istədi. Elə bu vaxt oğlan arxası üstə çevrildi. Zeynəb diksinib geri çəkildi. Tez ətrafa boylandı. Yaxında heç kəs yox idi. Qızlar hələ gəlməmişdilər. Traktorçular uzaqda idilər. Zeynəb ehmalca sırıqlı pencəyi İmranın başının altına qoydu. Nəfəsini dərmədən dayanıb ona tamaşa elədi. O, İmranın bu cür bərk yatdığını əvvəllər də görmüşdü. İmtahanlardan sonra yay tətillərində evlərinə gələn İmran, gün yayılana qədər yatardı. Tükəzban xala onu yerini eyvandakı taxtın üstündə salar, səhər tezdən, əlində ağac, toyuq-cücələri qovardı ki, "gədəni oyatmasınlar". Gün İmranın üstünə düşəndə qarı dirəklərin arasına pərdə tutardı. Sonra isə yavaşca onu silkələrdi.

– A bala, qurbanın olum, dur, sərfən qarışar.

Oğlan güclə gözlərini açardı.

– Ana, qoy doyunca yatım.

Həmişə Tükəzban xalanın yanında olan Zeynəb çox vaxt İmrana rişxənd edərdi:

– Ə, dur, yekə oğlansan, az nazlan.

Bəzən də Zeynəb səhər tezdən durar, bağlarından yetişmiş gilas dərib İmrana gətirərdi. Onun şirin yuxuda olduğunu görəndə gilası taxtın yanında qoyub gedərdi. Həm Tükəzban xala, həm də İmran gilasın haradan gətirildiyini bilməzdilər. Bəzən də o, İmranın üstünə su töküb qaçardı. Amma bir dəfə özünü yuxuluğa vuran İmran Zeynəbin biləyindən yapışıb stəkanı almış və onun özünü islatmışdı.

İndi o nədənsə bunları xatırladı. Birdən onda İmranın başını sığallayıb sinəsinə basmaq arzusu doğdu. İmran gərnəşib oyanmasaydı, bəlkə də belə edəcəkdi.

İmran oyananda Zeynəb dərhal özünü yığışdırdı.

– Ədə, bu zamanacan yatmaq olarmı? Günortadır.

İmran gözlərini ovuşdurub qalxdı. Doğrudan da yatıb qalmışdı. Tez ayağa durdu. Yaxındakı arxa doğru qaçdı. Köynəyini soyundu. Ayağının birini arxın bu qırağına qoyub yuyunmağa başladı. Gün yenicə qalxırdı. Havanın soyuq olmasına baxmayaraq İmran ləzzətlə yuyundu. Qurulanıb köynəyini geyəndən sonra Zeynəbin yanına qayıtdı.

Qız süfrə açmışdı. Ocaqda çörək kövrəltmiş, çay dəmləmiş, Tükəzban xalanın göndərdiyi pendiri, yağı süfrəyə qoymuşdu. İmran otun üstə sərilmiş süfrədəki səliqəni görüb zarafat elədi:

– Belə qızdan kim inciyər?

– Dil tökmə, otur çörəyini ye.

– Niyə acıqlanırsan?

– Bəs neyləyim? Lap çöl quşu olubsan. Yazıq arvadın gözünün yuxusu da qaçıb.

– Heç nə olmaz.

– Eh, siz oğlanlara nə var, daş kimi şeysiniz, nə dil anlayırsınız, nə söz qanırsınız.

– Bura bax, deyəsən sözlü adama oxşayırsan?

– Sözüm odur ki, səpinim geri qalıb, - deyə Zeynəb söhbəti dəyişdi.

– Tez ol, çayın soyuyur.

İmran traktorçuları çağırdı;

– Gəlin, Zeynəb sizi qonaq eləyir. Rüşvət verir ki, çiyidi yaxşı səpsiniz. Çay-çörəkdən sonra dərhal işə girişdilər. Bir azdan İmranı üçüncü briqadaya çağırdılar.

Günortadan gün əyiləndə Kazım gəldi. Bir qədər düşərgənin ətrafında fırlandı, çiyidləri yoxladı, səpilən yerlərə baxdı və traktorçuların yanına getdi. Zeynəbin sahəsi səpilib qurtarırdı. Traktor iki dəfə o başa qayıdandan sonra dayandı.

– Bu da Zeynəbin yeri! - deyə traktorçu Əli dərindən nəfəs aldı.

Kazım sakitcə ona yaxınlaşdı. Cibindən qutunu çıxanb papiros təklif etdi, özü də birini yandırıb qutunu şaqqıltı ilə örtdü.

– Yox dostum, hələ bir az qalıb, - deyə o, sözə başladı. - Bax o tərəfdəki şumlanmış yer də mənim briqadamındır. Oranı da səpib qurtarmaq lazımdır. Traktorçu təəccüblə çiynini çəkdi:

– Ağranom mənə o yer barədə heç nə deməyib.

– Yəqin yadından çıxıb. Sür ora!

– Axı, ağranomsuz olmaz.

– Niyə olmur, e? Şəxsən Qurban qağa tapşırıb, o deyəndən sonar İmran nəkaradır?

– Mən bir şey demirəm. Ancaq bura kimin manqasınındır?

– Ə, neynirsən kimindir? Sən ha becərməyəcəksən!

– Mən bu kolxoza təhkiməm. Kultivasiyanı da mən çəkəcəm, hələ pambıq yığımında da iştirak edəcəm.

– Daha yaxşı. Onda sür.

Əli traktoru işə saldı. Dövrə vurub geri döndərdi və təzə sahəyə tərəf sürdü. Kazım artıq qalan çiyidləri qızlarla bərabər düşərgəyə yığan Zeynəbi səslədi:

– Çiyidi də götürün, bura gəlin, hələ səpilməmiş yer qalıb.

– Hansı yer? - deyə Zeynəb soruşdu:

– Neynirsən hansı yer? Sənə nə deyirlər, ona bax. Tez ol çiyidi gətir.

Zeynəb Kazımın yanına gəldi.

– Göstər, görüm haranı deyirsən?

– Bax, oranı. Arxın altını görürsənmi?

– Görürəm. Oranın mənə nə dəxli var? - Necə yəni nə dəxli var? Bəs oranın pambığını kim becərəcək? Mən? Mən də becərməyəcəm. Gücüm çatmaz. Orda altmış hektar yer var. - Ay qız, sənə kim deyir hamısını becər. Səndən başqa manqa yoxdur? Öz aramızda bölüşdürəcəyik, qurtarıb gedəcək. Zeynəb daha da ciddiləşdi:

– Bura bax, mənə neçə adam veribsən?

– Bilmirsən, on adamdır də.

– Yaxşı, atan oldu rəhmətlik. De görüm hor adam neçə hektar becərməlidir?

– Xam-zad deyilsən ki! Hərənin bir hektar yeri var.

Zeynəb onu tərs-tərs süzdü.

– Kazım, bax, birdəfəlik bil ki, mənim manqam normadan artıq bir qarış da yer becərməyəcək!

– Yaxşı, yaxşı, aləmi başına yığma!.. Di qurtar, yoldaşlarını çağır.

Vaxt keçir.

Qız yerindən tərpənmədi.

Kazım Zeynəbin tərsləşdiyini görüb səsini yavaşıtdı. Onu dilə tutub yola gətirməyə çalışdı:

– Ağlını başına yığ. Artıq yer əkməsək plan dolmaz. El içində biabır olarıq. Elə briqada yoxdur ki, plandan artıq yer əkməsin.

– Yox, Kazım keçəl suya getməz, heyət mənim manqama on hektar yer ayırıb, on da becərəcəm. Öhdəliyi da yerinə yetirəcəm, hələ bir az da artıq pambıq verəcəm.

– Axı hardan verəcəksən?

– Həmin bu hektardan.

Kazım səsini ucaltdı, indi də ona hədə-qorxu gəlməyə başladı.

– Qurban qağa şəxsən özü tapşırıb, heç o yan, bu yan eləmə! İstəmirsən rədd ol, get! Daha buralarda əl-ayağa dolaşma, Sən olmazsan başqası olar. O qədər yalvaran var ki!

– Bircə onu görməyəcəksən!

Kazım söhbətin uzanacağını, bəlkə də səs-küy qalxacağını hiss edib susdu. Dolu kisələrdən birini çiyninə aldı, maşının yanına gətirib çiyidi hirsli-hirsi çiyidsəpənə boşaltdı.

– Sür! – deyə traktorçuya əmr etdi.

Traktor nərildyib ağır-ağır tərpəndi. Zeynəb məsələni qızlara danışdı, dərhal İmranın dalınca adam göndərdi. Aradan heç yarım saat keçmədi ki, İmran gəldi, atını birbaş çiyidsəpən maşının yanına sürüb üzünü traktorçuya tutdu.

– Maşını şumdan çıxart!

Elə bayaqdan könülsüz işləyən traktorçu Əli maşını geri çevirib şumdan çıxartdı. Bir qıraqda oturub dincini alan Kaznn bunu görcək qaça-qaça gəldi. Üzündən zəhər yağırdı. O, İmrana əhəmiyyət vermədən traktorçuya müraciət etdi:

– Niyə səpmirsən?

– Bilmirəm.

– Necə yəni bilmirəm, ə? Sənə demədimmi səp?!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

IV fəsil, 4

Məktəbin həyətində bir dəstə atlı dayandı. Qabaqdakı kəhərin belində əyləşən kişi cilovu çəkdi, sonra qamçısını çərkəzi yəhərin üstündən aşırıb yanpörtü oturdu. Onun uzunboğaz çəkməsi azca palçığa bulaşmışdi. Əynində qalife şalvar və yarımkürk var idi. Geyimindən hərbi adama oxşayırdı. O, əlini cibinə salıb qızıl papiros qutusunu çıxartdı, qapağını açıb iri cığalı kağızı götürdü. Saçaqlı sarı tütündən arasına doldurub papiros bükdü. Zoğal müştüyünə taxıb yandırdı. Tüstü-duman içində gözlərini qıyıb məktəbin ikinci mərtəbəsinə baxdı.Mürsəl eyvanda dayanmışdı. O elə bil həyətdəkiləri görmürdü. Kəndin üstündəki təpəliklərə, göy üzündə laylanmış ağ buludlara və üfüqlərin sonsuz ənginliklərinə baxırdı. Yəhərdə qılçasını qılçasının üstünə aşırıb papiros çəkən kişi xeyli onun boy-buxununa tamaşa etdi. Oğlan şıvırtı kimi nazik, ucaboylu idi. Yenicə qoyduğu və qalınlaşan bığı sifətinə yaraşırdı.

19956 min
IV fəsil, 5

Bu il havalar tez istiləşmişdi. Təpələrdəki qar örtükləri götürülmüş, yer-göy birdən-birə yaşıllaşmışdı. Çəpərlərin diblərində balaca mavi çiçəklər pıtrax kimi qalxmışdı. Vaxtından tez oyanan qara xallı qırmızı böcəklər onların arasında gəzişirdi. Təbiətin belə tez ayılmasından Mürsəl sevinirdi. O bu il məktəbdə əməlli-başlı may bayramı keçirməyi qərara almışdı. Qırmızı, yaşıl, sarı və göy rəngli kağızlar tapmışdı. Uşaqları başına yığıb həmin kağızları bərabər ölçüdə kəsərək yapışqanla birləşdirir və sonra zəncirvarı həlqələri bir-birinə calayırdı. Bu bəzəkil, naxışlı və müxtəlif rəngli kağız zəncirlər sinif otaqlarından birinin küncünə yığılırdı. Mürsəl müəllim bayrama bir neçə gün qalmış dükandan cürbəcür şəkillər aldı və məktəbin divarlarına yapışdırdı. Həyətdə iki uzun dirək basdırıb keçid düzəltdilər. Keçidin yuxarısına qırmızı parça örtdülər və cürbəcür şüarlar yazdılar. Lap ortada isə Leninin ipək parçadan toxunmuş şəklini vurdular. Şəklin ətrafı dairəvi idi. Bu dairənin içində inqilab edən, yeni traktor sürən, zindanların üstündə dəmir döyən adamların əksi var idi. Fabrik-zavodların bacalarından tüstü qalxırdı. Bir sözlə, dünya əməkçiləri rəbbəri əhatəyə almışdılar. Lap yuxarı başda isə "Cümlə-cahan füqareyi-kasibəsi, birləşiniz" sözləri yazılmışdı. Bayrama iki gün qalmış uşaqlar sərçə kimi civildəşə-civildəşə həyət-bacanı, sinif otaqlarını, eyvanları süpürüb təmizlədilər, pəncərə şüşələrini yuyub parıldatdılar. Oğlanlar kəndin kənarındakı dərəyə, İncə çayının sahilinə gedərək, saçaqlı söyüdlərin budaqlarından qırıb məktəbə gətirdilər. Eyvanların, otaqların dirəklərini yaşıllığa bürüdülər. Sonra rəngli kağızlardan düzəltdikləri zəncirləri saçaq-saçaq burub divarlardan, həyətdən keçidə qədər düzdülər. Məktəb hisi silinmiş çıraq kimi par-par parıldayırdı. Mürsəl sevincdən hər şeyi unutmuşdu. Başı bəzək-düzəyə o qədər qarışmışdı ki, kənd camaatından maraqlanıb onlara tamaşa etməyə gələnlərə fikir vermirdi. Fikir vermirdi ki, onların bəziləri pilləkənin qurtaracağında dayanıb Mürsəl müəllimin otağına baxır, onun yatdığı yeri gözdən keçirir və divara nə isə işarə qoyurdular.Mayın 1-i gəldi. Göyün üzü tər-təmiz, hava ilıq idi. Bu gün kənd lap tezdən oyanmışdı. Zümzümələr baharın ilıq havasına qovuşmuşdu. Mürsəl də tezdən oyanıb, qrammofonunu işə salmışdı. Gün xeyli qalxdı. Alabəzək parçalardan paltar geymiş qızlar-oğlanlar axışıb gəldilər. Mürsəl müəllim zurna səsi eşidəndə qulaqlarına inanmadı. Tez həyətə düşdü. Gördü ki, Hümmət də, Dursun da burdadır. Onlar zurnalarını kökləyir, dəfi günə tutub qurudurdular.

19953 min
IV fəsil, 6

Uçitel birdən-birə titrətməli adam kimi büzüşdü. Pencəyinin yaxasını dartıb düymələdi. Elə bil bir anın içində kişinin beli əyildi. Astaca addımlarla məscidə doğru getdi. Səhər tezdən olmasına baxmayaraq baş molla məscidin yuxarı tərəfində əyləşmişdi. Onun qaşları da, saqqalı da əmmaməsi kimi dümağ idi. Qabağında kitabə, üstündə də Qurani-Kərim var idi. O, Uçitelin gəldiyini hiss etsə də, qımıldanmadı, əvvəlki ciddiyyətilə, sakitcə Quranı oxumaqda davam etdi. Uçitel astanada ayaqqabısını soyunaraq onun mütaliəsinin qurtarmasını gözlədi. Hərçənd, bilirdi ki, molla Qurani-Kərimi oxumaqdan daha çox vərəqlərə baxır və özünü məşğul kimi göstərir. Ancaq gözləməli idi. Quran və namaz üstə olan adamı yarımçıq dindirməzdilər.Aradan xeyli keçdikdən sonra molla Quranı örtdü, əbasını düzəltdi, ağarmış qaşlarının altından boylanan və hələ diriliyini itirməyən gözlərini astaca qaldırıb Uçitelin üzünə zillədi.

19954 min
V fəsil, 1

Güllü xanım bu gün itləri zəncirdən tez açdırmışdı. Gəlinlər itlərin yalaxlarını yal ilə doldurmuşdu. İtlər əvvəlcə zəncirdən açılandan sonra evin ətrafında hərlənmiş, Kürün yaxası boyu qaçmış, sonra da yalaxların üstə cumaraq mırıldaşa-mırıldaşa yala hücum etmişdilər. Güllü xanım eyvanda dayanaraq onlara tamaşa edir, tüfəng çiynində həyətdə hərlənən oğlu Həsən ağanı gözaltı süzürdü. O hiss edirdi ki, Ömər koxa rəhmətə gedəndən sonra Həsən ağa heç kəsə açıb-ağartmasa da, çox narahatlıq keçirir. Tüfəngi əlindən yerə qoymur, atını da çox vaxt gecələr belə yəhər altında saxlayır. Arvad tikir vermişdi ki, oğlu gah samanlıqda gecələyir, gah tövlədə qalır, gah da otaqların birində mürgüləyir. O bir yerdə yatmır, tez-tez yerini dəyişdirir. İndi, bu gün də narahat idi, bir yerdə dayanmır: gah samanlığın, gah tövlənin belinə qalxır, gah da ot tayalarının yanında hərlənirdi. Güllü xanım kəndin yuxarı başındakı səs-küydən, itlərin çaxnaşmasından ehtiyatlanırdı. O bu gecə nəsə baş verəcəyindən qorxurdu.Ömər koxanın sağlığında hər şeyin sakit gəlib-keçəcəyini bilən Həsən ağa arxayın idi ki, bu ağsaqqalın sözündən heç kəs çıxa bilməz. O hamını başa salmışdı ki, Ələddinin ölümü bir bədbəxtliyin nəticəsidi və buna görə araya qan salmaq, təzə düşmənçilik törətmək lazım deyil. Hətta onun ayağına qəza mərkəzindən gulən və "Nə üçün şikayət eləmirsən'.'" - deyən hökumət adamlarını geri qaytarmış, "Ölən də, öldürən də öz uşağımızdır, burada heç bir qəsdi- qərəzlik yoxdur", - demişdi. Ondan sonra Həsən ağaya dəyib-dolaşan olmamışdı. Həsən ağa onu da başa düşürdü ki, Ömər koxanın oğlu Şamil və Çıraqlılar onunla barışsalar da, ürəklərində kin var idi. Atalarının sözündən çıxa bilməsələr də, içəridən qovrulub yanırdılar. Ona görə də, Həsən ağa gözə az-az dəyir, Şamilin, Qönçə xanımın gözünə az-az görünürdü. Amma axır vaxtlar onu bir-iki dəfə idarəyə çağırmışdılar. Hətta bir dəfə kənd şurasının milisioneri Keçəl Xondulu zarafata salıb demişdi ki, "Nə vaxta qədər belə səksəkəli dolanacaqsan? Əlindən xata çıxıb, get üç-dörd ay yat sonra gəl, rahat dolan".

19953 min

Poems by other poets