Contents
  1. 1
  2. 2
  3. 3
  4. 4
  5. 5

Page 2 of 2 · 50%

3

İzzət vağzala nə qədər şad getmişdisə, o qədər məyus qayıtdı. Əfzəlov hiss edirdi ki, arvadı vağzaldan, yola salmaq mərasimindən heç də razı qalmamışdır.

– Niyə kefin yoxdur, İzzət?

– Sənin təzə dostundan gözüm su içmir.

– Onu da özünə bir dərd eləmisən, ay rəhmətliyin qızı?

– Y o x , sən adam tanımaqda çox naşısan! Yaxşı adam dostun gətirdiyi peşkəşi çağırıb pravadnikə verməz. Özü də dostun gözünün qabağında!

– A qız, pravadnikə verəndə yəni, böyük bir iş olub? Mürəbbədir, verib ki, aç gətir, çay içək. Buna sən niyə ayrı cür məna verirsən, ay İzzət?

– Yox, sən gəl məni avam yerinə qoymaginən, kişi! O, yaxşı adam olsaydı, bir banka mürəbbəni lap bir banka qızıl kimi qəbul eləyib: "Sağ ol, sağ ol", - deyərdi. Amma elə soyuq tərpəndi ki, deyəsən, biz buna borcluyuq...

Əfzəlov arvadının giley-güzarlarına alışmışdı. Ona söz yetirməkdəki acizliyini də çoxdan etiraf etmişdi. Bircə kəlmə ilə söhbəti qurtarmaq istədi:

– Sözbaz olma...

– Yaşayıb görərik, sözdü, ya nədir! Məlikzadə lap ministr müavini olmasın, ministr olsun, mən onda bir qanacaq görmədim. Sən ondan beş şahı xeyir görsən, mən adımı dəyişərəm.

– Konduktora xeyir verdi ki.

İzzət ərinin bu sözünə də cavab tapdı:

– Hamam suyu ilə dost tutmağa nə var. Mənim varenyəmi götürüb bağışlamağa səxavət deməzlər.

Bütün bu tənqid və bədgümanlığı ilə bərabər İzzət ərinin yadına saldı ki:

– Onlar sabah çatmış olarlar. İndi ki dostluğa başlamısan, yaraşar ki, yazıb əhvallarını soruşasan: necə getdiniz, halınız necədir, uşaq yaxşıdırım, filan... Qoy deməsinlər, gözdən İraq, könüldən uzaq!

– Doğru deyirsən, İzzət xanım, Allah səni oxudan kişiyə rəhmət eləsin, qələmi götür, bir kulturni pismo yaz!

İzzət kağız gətirdi, mürəkkəbqabına su tökdü, oturub yazdı:

"Şanlı məktub.

Əziz dostum, Nəcabət xanıma çox-çox salam-duadan sonra yazıb məlum edirəm ki, əgər bu tərəfin əhvalatından xəbər tutmaq istəsəniz, çox şükür, sağ-salamat və sizlərin cənabına duaçı varıq. Nigarançılığımız yoxdur, qeyri sizin kimi canbirqəlb dostların ayrılığından. Təbiətdən xahiş edirik sluçay salsın, tez görüşək. Bir də yazın görək yolda çox narahat keçmədi? Sizi hey yuxuda görürük. Qardaş necədir? Kefi-damağı lap çağdırmı? Uşağın dişi ağrıyırdı, çox nigaranıq o sandan. Toxtayıbmı uşağın dişi? Hansı doktor leçit eləyir? Rentgenə salınıbmı? Xahiş eləyirəm yazasınız, yeyəndə əziyyət eləmir ki? Yumşaq xörəklər lazım olsa, anama deyin bişirsin (Qamtepinski, ev nömrə 5, Məsmə xanım). Anam isti xörəyi çox yaxşı bişirir. Əlüstü. Həyətdə maşın da var. Ocaqdan götürüb isti-isti gətirər. Nəcabət xanım, səni and verirəm aramızdakı haqq-salama, uşaqdan muğayat ol, korluq çəkməsin, diş ağrısı xərəb şeydir..."

4

Məlikzadə naharını yeyib axşam istirahətinə hazırlaşırdı ki, qapının zəngi səsləndi. Gələn ucaboy, ortayaşlı, qızıldişli bir qadm idi. O, salam verib, ərklə əlini ev sahibinə tərəf uzatdı. Məlikzadə yaxşı tanımasa da, yaxın yoldaş ailələrindən olduğunu güman edib görüşdü, qonağa yer göstərdi, "haradasa görmüşəm", - deyə, xəyalından keçirdisə də, yadına sala bilmədi.

İzzət qırmızı sumkasmı stul başından asıb oturdu və oturan kimi sözə başladı:

– Məlik qardaş, Allah sizi bundan da böyük mərtəbələrə, qulluqlara çatdırsın. Ancaq böyük olanda nə olar, adam bir kasıb-kusubun da gərək hərdənbir kefini soruşsun axı!

Qonağın ilk cümləsini eşidən kimi, Məlikzadənin yadına düşdü: "Bildim, Əfzəlovun arvadıdır. Kislovodsk tanışları..."

Məlikzadə özünün hafizə zəifliyini etiraf edərək, təzədən qonağın halını soruşdu:

– Bağışlayın, İzzət xanım, hafizəm elə olub ki, bayaqdan... Əfzəlov necədir, bəs niyə gətirməmisiniz?

– Əfzəlin bir az kefi yoxdur, sizə duası var. Onu deyirdim axı, uman yerdən küsərlər. Həmişə evdə sizin söhbətinizdir. Kişinin dilindən düşmür, bir Məlikzadə deyir, iki də üstəlik tərif. Deyir: bizim nazirlikdə ikicə nəfər onun kimi canyandıran, işbilən olsaydı, planlarımız ayda yüz nədi, lap yüz əlli faiz dolardı. Neynəsin, Məlikzadə yoldaş təkdir, tək əldən səs çıxmaz.

Bu söhbətlərdən Məlikzadə başını aşağı saldı, bir az da qızaran kimi oldu. Qonaq olduğuna, qadın olduğuna, birinci dəfə buraya gəldiyinə görə ona ağır cavab vermək istəmədi. Yoldaşını çağırdı:

– Nəcabət, sən qonağın yanına gəl, çayı özüm hazırlayaram.

İzzət razı olmadı:

– Yox, yox, Məlik qardaş, o nə sözdür! Siz mənə çay hazırlayasınız. Əlləriniz var olsun. Çay-zad içmirəm. Elə-belə sizə salam verməyə gəlmişəm.

– Xoş gəlmisiniz, ancaq nahaq Əfzəlovu gətirməmisiniz.

Deyəsən, bu söz İzzətin ürəyindən idi. O belə bir fürsət axtarırdı:

– Doğrusu, Məlik qardaş, o sizlə görüşmək üçün çox can atırdı, amma ki, utanır.

– Nədən utanır, mən də onun iş yoldaşı.

– Orası elədir, amma bir az başıaşağıdır, yanınıza gəlməyə üzü yoxdur.

– O nə sözdür, İzzət xanım?

– Bir az əskiyi var.

Məlikzadə güman etdi ki, İzzət ərinin az qazanc gətirməyinə, yaxud paltarlarının köhnəliyinə işarə edir.

– Nəyi əskikdir? Heç bir əskikliyi yoxdur.

– Yox, Məlik qardaş, var. Bir on gün olar ki, təftiş gəlib, 10-12 min əskiyi çıxıb. Belə şey görməmiş adam, yaman ürəyinə salıb.

Məlikzadə indi başa düşdü ki, izzətin mətləbi nədir.

– Belə söylə!..

– Çox deyil, 10-12 mindir. Özü də təftişçi nanəcibin biridir. Deyirəm, a kişi, puldur, evdə hər şeyimi sataram, qolumun saatını, boğazımın mirvarisini sataram, borcunu verərəm, daha ürəyini niyə sıxırsan? Qiyamət olmaz ki... Deyir yox, dost-aşna yanında adıma ləkə gəlir.

Məlikzadə soruşdu:

– Bəs nə təhər olub ki, 12 min çatmır?

– Bilmirəm, necə haqq-hesab eləyiblər. Çotkədi, hayana vursan, gedəsidir. Bu bədbəxtin də adamı-zadı yoxdur. Təftişçilər görür fağırın biridir, deyirlər, bas belinə...

– İzzət xanım, təftişçi istər ki, mağazanın hesabı həmişə yaxşı çıxsın, işi düz getsin...

– Düzlük barəsində Əfzəlin tayı-bərabəri yoxdur, Məlik qardaş. Məlikzadə İzzətlə söz güləşdirmək istəmədi:

– Təki düz olsun.

– Düzlüyü lap belə gün kimi aşkardır.

– Ortada düzlük olandan sonra heç nəyin qorxusu yoxdur, İzzət xanım!

İzzət xanım Məlikzadənin sözündən cürətə gəlib, stulunu bir az da irəli çəkdi, ayağa qalxıb baş dəsmalını örtdü, ətəklərini ovcuna yığıb, təzədən oturdu:

– Ay sağ olun, Məlik qardaş! Bircə onu bu təftişçilərə deyən olsa, sizin kimi hörmətli bir adamın bircə zəngi olsa, iş soyuyar gedər. Daha bu qədər götür-qoy eləməzlər. Olub indi, yaş maldı, quruyur, siçan aparır, maşında gələndə əskiyi olur... Hamısını yığıb, yuğuranda gəlir olur filan qədər...

Məlikzadə dinmədi. İzzət xahişini bir də təkrar elədi:

– Bircə zəng olsa, iş soyuyar gedər.

– Zəng vuran nə deməlidir?

– Nə deyəcək... deyər, canım, kassanın nə qədər əskiyi var alın, kişidən əl çəkin də! Vəssalam! Nə şiş yansın, nə də kabab...

Məlikzadəni gülmək tutdu. Özünü toxtatdı.

– İzzət xanım, - dedi, - yaxşısı budur, qoyun Əfzəlov özü məşğul olsun, özü də cavab versin.

İzzət səsini ucaltdı:

– Bədbəxtlik elə oradadır ki, özünün dili-ağzı yoxdur da. Malınmağmunun biridir. Dilli-ağızlı adam 10-12 min üçün adına akt bağlanmağa, suda düşməyə qoyardı?

– izzət xanım, on iki min manat xalq pulunu siz çox mənasız bir şeymi sayırsınız?

– Mənasız niyə, pulun alsın da. Lap min manat da artıq alsın!

– Bəs siz deyən düzlük harada qaldı?

– Yaxşı, Məlik qardaş, deyək ki, on min üçün kişini qatdılar dustağa. Bunun hökumətə nə xeyri?

– Hökumətə xeyri olmasa da, Əfzəlov və onun kimilərə xeyri çox olar.

İzzət xanım heyrətindən əlini ağzına apardı:

– Məlik qardaş, damda yatmaqdan ona nə xeyir?

– İctimai tərbiyə alar!

– Tərbiyə?

– Bəli, tərbiyə olunar!

– Ay sağ olmuş, qırx beş yaşında kişiyə nə tərbiyə?

– Tərbiyə yaşa baxmaz, başa baxar! Elə altmış yaşlılar var ki, tərbiyə olunmalıdırlar. Baxıb görürsən ki, onlara tərbiyə, ya dərs verənin heç otuz yaşı da yoxdur.

İzzət dik-dik müsahibinin üzünə baxdı:

– Daha sizə heç sözüm yoxdur!

5

Bir saat sonra Əfzəlov arvadından soruşdu:

– Nə dedi, bir köməyi dəyəcək, ya yox?

– Sənə deyəndə ki, adam tanımırsan, sənə deyəndə ki, elə dostlardan gözüm su içmir...

– Məlikzadə nə dedi?

– Nə deyəcək, heç nə!

– Bəs sən məsələni açanda heç heyifsilənmədi?

– Əlinə dəsmal alıb sənin halına ağladı...

– Nə danışırsan, a qız?

– Sənin o boş başın üçün!

– Zarafata qoyma, mətləbi damş!

– Mətləbi budur ki, azı beş, ya üç il işin var!

– Pulu verəndən sonramı?

– Bəli, pulu verəndən sonra beş il gərək həbsxanada tərbiyə alasan.

– Mən yekəlikdə kişiyə uşaq kimi tərbiyə?

– Sənə uşaq yox, yekə tərbiyəsi verəcəklər...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Havapərəstlər

Həkim, Əsədə tapşırmışdı ki:– Sizin müalicəniz dəniz havasıdır. Gündə iki-üç saat sahildə əyləşin, əsəblərinizi dincəldin. Ayn dava-dərman lazım deyil.

1 min
Kəhərin son günləri

Bir zaman yeriyəndə yer titrər, kişnəyəndə göy gurlardı. Hanı vuruşma meydanları, hanı ötüşmələr, hanı igid süvarilər, pəhləvanlar, qılınc, qalxan şaqqıltısı!?Çiynimdə Rüstəmi Rüstəm eləmişəm, Suvorovu Karpatlardan keçirmişəm, Koroğlunun silahdaşı olmuşam, Napoleonu yer üzündə gəzdirmişəm, süvari ordusunda neçə-neçə cəbhələr yarmışam, hünərlər göstərmişəm. Gör indi iş hara çatıb ki, məni gətirib əyləncə arabasına qoşublar, cilovumu uşaqların əlinə veriblər...

19601 min
Gözəl barəsində

Müasir tamaşaçı bizdən əsər istəyir, əsl sənət əsəri, gözəllik nümunələri tələb edir, camaat muzeyə bunun üçün gəlir. Gəlir görsün, ürəyi açılsın. Pulumuz var, yerimiz var, tamaşaçımız da var. Yaradıcılarımız da ki...Direktor əli ilə zalda əyləşənlərə işarə edib gülümsədi:

8 min
Gənc şairin ərizəsi

Bu sərlövhədə üç söz var, heç biri də yerində deyil. Gənc dediyim adamın yetmiş bir yaşı var. Nə az, nə çox!Şairliyi də təzədir, hələ qaralama dəftərlərindən kənara çıxmayıb, çap elətdirməyə yer, fürsət, redaktor axtarır. Ərizə də ki, müəllifinin yaradıcılığından kiçik deyildi. Naryad blanklarmın dalmda, qırmızı mürəkkəblə yazılmış, karandaşla nömrələnmiş şikayət dolu səhifələri bütün günü özünə xoş gələn avazla oxuyub, mən də qulaq asmağa məcbur olmuşam.

19607 min

Poems by other poets